Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti, Robert Köçəryan “Reuters” agentliyinə açıqlamasında deyib.
O açıqlamasında qeyd edib ki, Ermənistanın yeni hakimiyyətinə qarşı mübarizəyə qoşulmaq niyyətindədir.
Həbsdən göndərilən məktubda Köçəryan xəbər agentliyinə bildirib ki, ona qarşı irəli sürülən ittihamların siyasi məqsədləri var. O, Paşinyanın qanunları tətbiq edərkən ayrıseçkilik apardığını vurğulayıb.
“Hazırda Ermənistanda müxalifət partiyalar meydana gəlir. Bu proses şübhəsiz ki, yeni hakimiyyətə qarşı mübarizə atımağa qadir olan yeni güclü siyasi qüvvənin formalaşması ilə nəticələnəcək”, - deyə o bildirib.
Köçəryan, sözügedən müxalifət qüvvələrinin sırasında olacağını bildirsə də, öz iştirakının hansı xarakteri daşıyacağını açıqlamayıb.
Qeyd edək ki, 1998-2008-ci illərdə Ermənistanın prezidenti vəzifəsində olan Robert Köçəryan 2008-ci ilin mart ayında prezident seçkilərindən sonra baş verən hadisələrə görə keçən il həbs edilib. O, Ermənistanda fövqəladə vəziyyət elan etməklə qanunsuz fəaliyyətlərə yol verməkdə ittiham edilir.
Alpər Mövludoğlu
Ordu.az