Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də rəhbərliyinin bir ili münasibətilə jurnalistlərlə görüşündə bildirib.
Erməni jurnalistin "Azərbaycanın intensiv şəkildə müharibəyə hazırlaşmasını nəzərə alaraq, müharibənin bərpasının nə dərəcədə real olduğunu düşünürsünüz?" sualına Paşinyan belə cavab verib: "Azərbaycan son 25 ildə müharibəyə intensiv şəkildə hazırlaşmaqda davam edir. Əslində gündəlik rejimdə hər gün atəşkəs olursa, bu, bizim yarı müharibə vəziyyətində olmağımız deməkdir. Son iki ayın bəzi günlərində gərginlik müşahidə olunur. Ancaq ümumi sabitlik qorunmaqdadır".
O vurğulayıb ki, məlum olduğu kimi Azərbaycan prezidenti və onun arasında birbaşa komunikasiya əlaqəsi yaradılıb.
"Hazırda nə baş verdiyini anlamağa çalışıram. Azərbaycan prezidenti ilə informasiya və narahatlıqlarla bağlı fikir mübadiləsi aparırıq. Başa düşməliyik ki, nə baş verir və niyə tərəflərdən hər hansı biri sabitliyi pozmağa dair göstəriş verib. Azərbaycan tərəfi də bizə müəyyən informasiyalar ötürür ki, onlarda da müəyyən narahatlıqlar var. Qarşılıqlı ittihamlar mövcuddur. ATƏT Baş katibin şəxsi nümayəndəsi vasitəsilə biz bu kommunikasiyaları təmin etməyə çalışırıq və yekunda öz rəylərimizi bildirəcəyik”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az