Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə nazirinin sabiq müavini Efrayim Ane bildirib.
Ane, açıqlamasında qətiyyətlə İsrailin Azərbaycana düşmən olan ölkələrə hərbi yardım etməyəcəyini dilə gətirib.
“Əgər Ermənistan İsrail dövləti ilə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, hesab edirəm ki, İsrail heç kimdən imtina etməyəcək. Lakin hər zaman bir şeyi xatırlamaq lazımdır ki, İsrail heç vaxt Azərbaycanın düşmənlərinə, hətta bir mərmi belə verməyəcək. Yadda saxlayın, heç bir kömək etməyəcək”, - deyə o qeyd edib.
Sabiq müavin, İsrail hökuməti daxilində bunu başa düşə bilməyən şəxslərin olmadığına əminliyini ifadə edib: “Xeyr, xeyr, yenə də xeyr. Bizim mövqeyimiz budur. Əminəm ki, bizim hökumətdə kimsə o qədər axmaq deyil ki, bunu başa düşə bilməsin. İsrail milliqram belə Azərbaycanın düşmənlərinə kömək etməyəcək. Heç bir halda bu olmayacaq. Biz müttəfiqlərik. Biz qardaşlarıq”.
Alpər Mövludoğlu
Ordu.az