Hərbi hissələrdə Nəsimi ilə bağlı poetik xalq tamaşası təqdim edilir

2019/05/15573-3114601652.jpg
Oxunub: 5773     11:31     08 May 2019    
Füzuli Dövlət Dram Teatrında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması münasibətilə hazırlanan “Nəsimi eşqi” adlı poetik xalq tamaşası hərbi hissələrdə təqdim edilir.

Ordu.az xəbər verir ki, teatrın direktoru əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. İmaməddin Nəsiminin həyat və yaradıcılığını əks etdirən tamaşada əsas rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Sehran Xanlarov, Vaqif Rəhimov, Sevinc Məmmədova və başqaları çıxış edir.


Beyləqan rayonu ərazisindəki hərbi hissədə təqdim olunan tamaşa zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb. Tamaşanın Ağcabədi, Bərdə və Füzuli rayonlarının ərazilərindəki “N” saylı hərbi hissələrdə də nümayiş etdirilməsi nəzərdə tutulub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli-Dövlət-Dram-Teatrı   Azərbaycan-şairi  


Bizi "telegram"da izləyin