Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan MTX-nın yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, guya Ermənistan MTX-nın əməliyyat bölmələrinin həyata keçirdiyi tədbirlər nəticəsində, Azərbaycanın kəşfiyyat orqanları tərəfindən həyata keçirilən casusluq faktı aşkar edilib.
“Türkiyədə fəaliyyət göstərən, hələlik kimliyi məlum olmayan Azərbaycanın kəşfiyyat orqanlarının əməkdaşı sosial şəbəkə vasitəsilə və Türkiyədə görüşmək yolu ilə özünü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək, Ermənistan vətəndaşını casusluğa cəlb edib. O, Ermənistan vətəndaşını iş birliyinə razı salaraq Ermənistanın müxtəlif hərbi hissələri, hərbi texnikaları haqqında məlumat, o cümlədən onların şəkilləri, fotoşəkillər üçün zəruri avadanlıqla da təmin edib.
Fakt üzrə CM-nin casusluq maddəsi əsasında cinayət işi açılıb. Bu kimi fəaliyyətlərin qarşısının alınması üzrə tədbirlər davam edir” - deyə Ermənistan MTX-nin yaydığı məlumatda qeyd edilir.
Qeyd edək ki, Ermənistan MTX bu kimi əsassız məlumatlarla ictimaiyyətin diqqətini yayındırmağa, KİV-lər tərəfindən ölkə daxilində fəaliyyət göstərən casus şəbəkəsi ilə bağlı tirajlanan məlumatları ört-basdır etmək üçün çalışır.
Alpər Mövludoğlu
Ordu.az