Tonoyan Hindistanın Ermənistandakı səfiri ilə hərbi məsələləri müzakirə edib

2019/05/big-1557297854.jpg
Oxunub: 26281     11:26     08 May 2019    
Ermənistanın Müdafiə naziri Davit Tonoyan Hindistanın Ermənistandakı səfiri Yoqeşvar Şanqvanı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Nüdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat yayıb.

Görüş zamanı müdafiə sahəsində erməni-hind ikitərəfli əməkdaşlığına aid məsələlər müzakirə edilərək, əməkdaşlıq sahəsində indiyədək görülən işlər nəzərdən keçirilib.

Hərbi təhsil, təkmilləşdirmə, sülhməramlı, hərbi tibb və hər texniki sahədə əməkdaşlığı inkişaf etdirməyə dair razılaşma əldə edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Hindistan  


Bizi "telegram"da izləyin