“Müstəntiqlər özlərinə qarşı cinayət işi açmayacaqlar” - Ölən erməni hərbi qulluqçunun anası fəryad edir

2019/05/345-1557212383.jpg
Oxunub: 21482     10:58     07 May 2019    
2018-ci ildə baş verən inqilabdan sonra Ermənistan ordusunda müxtəlif illərdə qeyri-döyüş şəraitində ölən hərbi qulluqçuların analarının Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdikləri görüş, cinayət işlərinin yenidən açılmasına verilən tapşırıqla yekunlaşıb.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə açıqlamasında 2007-ci ildə öldürülən erməni hərbi qulluqçu Tiqran Ohancanyanın anası Qohar Sarkisyan bildirib.

O, Arman Muradyanın qətli ilə bağlı 2019-cu ilin mayın 6-da keçirilən məhkəmə iclasında iştirak edib.

“Eyni istintaq komitəsinin sədri, prokuror, müstəntiq özləri-özlərinə qarşı cinayət işi açmayacaqlar. Oğlum qətlə yetirilib, amma bu iş üzrə heç olmasa gözümüzə toz üfürə bilmirlər. Cinayət işi yenidən başlanılıb. 12 ildir cinayətin araşdırılması davam edir” - deyə erməni hərbi qulluqçunun anası bildirib.

Müxtəlif bəhanalər gətirildiyinə dair etiraz edən erməni hərbi qulluqçunun valideyni qeyd edir ki, müxtəlif sübutlara malikdir: “Ohancanyanın ölümündə adı hallan elektrik stansiyası ümumiyyətlə mövcud deyil. Cinayətin maddi sübutunun yox olması və onun tapılmasına dair araşdırılma aparılmayıb. Bu cinayəti törədənlərin aşkarlanması üçün heç bir cinayət işi açılmır, saxtakarlıq davam edir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Etiraz   Cinayət  


Bizi "telegram"da izləyin