Ordu.az erməni KİV-lərinə istinadən xəbər veri rki, bu barədə jurnalistlərlə görüşü zamanı sərhəddəki gərginliyə toxunan “Artsiv” hərbi qruplaşmasının koordinasiya üzrə komandiri, general-mayor Astvatsatur Petrosyan bildirib.
O açıqlamasında qeyd edib ki, sərhəddə baş verənləri digər baxımdan da nəzərdən keçirmək lazımdır.
“5-6 ölkə, o cümlədən Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Rusiya sülh müqaviləsini imzalamayanadək, silahların yoxlanılması və “yarı kişilənmə” niyyəti ilə təhlükə daim olacaq. Sərhəddə baş verənləri digər baxımdan da nəzərdən keçirmək lazımdır. Əgər diqqətlə nəzərdən keçirsək, Medvedyevin Ermənistana səfəri günlərində gərginliyin ikiqat artdığını görmək olar... Ermənistanın strategiyası ümumi düşməni məğlub etməyə və Ermənistan ərazisindən kənarda müharibə aparmağa yönəlməlidir”- deyə Petrosyan bildirib.
Azərbaycanın Sərhəd Qoşunlarının Qazax və Ağstafada yerləşdirilməsi, hərbi hissələrin inşaasına toxunan Petrosyan, sərhədçilərimizin fəaliyyətlərindən məlumatlı olmadığını qeyd eddib: “Sərhəddə nə edildiyi gizlidir. Realda Sərhəd Qoşunları anlayışı mövcud deyil. Azərbaycanın bütün qoşunları sərhədçidir. Onlar açıq şəkildə silahlı qüvvələrin sayını artırır və hərbi hissələr inşa edir”.
Alpər Mövludoğlu
Ordu.az