Suriyada yaralanan erməni istehkamçının ayaq pəncəsi amputasiya edilib

2019/03/C2F70-1552038687.jpg
Oxunub: 12557     13:50     08 Mart 2019    
Dünən Suriyada mina partlayışı nəticəsində yaralanan erməni istehkamçının sağ ayaq pəncəsi amputasiya edilib.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə Humanitar minadan təmizləmə və Ekspertiza mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nazeli Elbakyan məlumat verib.

O bildirib ki, zərərçəkən şəxs gələcəkdə Ermənistana təxliyyə ediləcək. O, Suriyaya yola düşən 83 nəfərdən ibarət erməni heyətinin tərkibində olanlardan biridir.

Daha öncə məlumat verildiyi kimi, martın 7-də Suriyada erməni mütəxəssislərindən birinin sağ ayaq pəncəsinin zədələnməsi ilə nəticələnən mina partlayışı hadisəsi baş verib. Bu barədə Humanitar minadan təmizləmə və Ekspertiza mərkəzindən məlumat verilib. Qəzanın səbəbi plastik bir əşya ilə hazırlanmış tələ minası olub. Erməni istehkamçı təcili hospitala təxliyyə edilib və cərrahiyə əməliyyatı aparılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Erməni   Yaralı  


Bizi "telegram"da izləyin