“Azərbaycan Müdafiə Nazirliyi dünən Belarusdan istənilən növ pilotsuz hava vasitəsinin nəzarətin qarşısını almaq üçün dizaynlaşdırılmış “Qroza-S” elektron müharibə kompleksini satın alıb”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Hambardzumyan bildirib.

Ekspertin sözlərinə görə, bu kompleksdən istifadə edən iranlılar hətta ABŞ-ın İraq və Suriyadakı İran qüvvələrinin mövqeyini hədəf alan MQ-9 “Reaper” dronunun kommunikasiya kanalını da poza biliblər.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Belarus
Qroza-S