Zabrat qəsəbəsində mina tapılıb

2019/03/07aa6-1552021131.jpg
Oxunub: 17164     09:11     08 Mart 2019    
Dünən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində tank əleyhinə mina tapılıb.

Ordu.az xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin, Sabunçu xətt polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sabunçu Xətt polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın ətrafında 500 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Zabrat   Mina  


Bizi "telegram"da izləyin