Qriqoryanın səhhəti həbsxanada daha da pisləşib

2019/03/34534-1551957741.jpg
Oxunub: 16199     15:12     07 Mart 2019    
Ermənistan parlamentinin sabiq deputatı, general-leytenant Manvel Qriqoryanın vəkili Arsen Mkrtçyan Qriqoryanın səhhəti ilə bağlı açıqlama verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mkrtçyan, artıq bir neçə gündür Manvel Qriqoryanın “Nairi” tibb mərkəzindən həbsxanaya köçürüldüyünü və vəziyyətinin orada daha da ağırlaşdığını bildirib.

O qeyd edib ki, bu vəziyyət xəstəliyin inkişafının qarşısının alınmasına kifayət etmir.

Cinayət işinə gəldikdə isə o qeyd edib ki, vəkillər işlə tanış olmaqdadırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Xəstəlik   Həbs  


Bizi "telegram"da izləyin