Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Erebuni polis şöbəsinin müvafiq bölməsinin və sahə bölmələri əməkdaşlarının, Ermənistan İstintaq komitəsi Erebuni və Nubaraşen istintaq şöbələrinin keçirdiyi birgə əməliyyatı nəticəsində bir sıra şəxslərə qarşı xuliqanlıq, aldatma yolu ilə külli miqdarda pul ələ keçirən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalar nəticəsində verilən məlumata görə, aldatma yolu ilə pulları ələ keçirən şəxs, özünü Ermənistan baş prokurorluğunun əməkdaşı, hərbi prokurorun müavini kimi təqdim etməklə, erməni fondu tərəfindən inşa edilən binalarda mənzil təminatı ilə bağlı ilkin ödəniş, yəni beh alıb.
O, müxtəlif şəxslərdən yarım milyondan 3.5 milyonadək pul mənimsəyib. Saxlanılan S.S adlı şəxsin əməllərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb. Onun bir sıra xuliqanlıq hərəkətlərinə görə əvvəllər məhkum edildiyi bildirilir. Hazırda ona qarşı yenidən cinayət işi açılıb.
Bildirilir ki, saxlanılan şəxsin əməlləri barədə Ermənistanın baş prokuroru Artur Davtyana da məlumat verilib. Məlumata görə, saxlanılan şəxsi “erməni Ostap Bender”i adlandırırlar. Onun barəsində üzünmüddətli həbs qərarının verilməsi üçün məhkməyə müraciət edildiyi qeyd olunur.
Alpər Mövludoğlu
Ordu.az