“Paşinyan xarici agentlərin kim olduğu barədə adlar açıqlamalıdır” - Şarmazanov

2019/03/10709-1551687842.jpg
Oxunub: 29567     12:22     04 Mart 2019    
“Bir neçə gün əvvəl artıq müxalifətçi yox, faktiki olaraq güc strukturlarının, polis, Milli Təhlükəsizlik Xidmətinin də tabe olduğu dövlət rəhbəri Nikol Paşinyan İranda mühüm bir bəyanat verib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın respublikaçılar partiyasının sözçüsü Eduard Şarmazanov özünün “Facebook” hesabında etdiyi canlı yayımı zamanı danışıb.

“O, bildirib ki, Ermənistan vətəndaşı olmasından daha çox xarici ölkələrin agentləri olan siyasi xadimlər inkar edilməlidirlər. Bu bəyanatdan 2 gün vaxt keçib, Paşinyan və onun ətrafı xarici agentlərin kim olduğuna dair hər hansı siyasi xadimin adını hələ də çəkməyib.

Mən 4-cü, 5-ci, 6-cı dönəm Ermənistan parlamentinin sədr müavini və Ermənistanın ləyaqətli vətəndaşı olaraq, Baş nazir Paşinyandan tələb edirəm ki, Ermənistanda dövlətin dağıdılması fəaliyyəti ilə məşğul olan həmin xarici agentlərin kim olduğunu desin.

Paşinyan artıq müxalifətçi Nikol deyil ki, parlamentinin tribunasından havadan asılı qalan məlumatlar versin. İranda Paşinyanın verdiyi bəyanat cinayət haqqında elan idi”, - deyə Şarmazanov açıqlama tələb edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şarmazanov   Paşinyan  


Bizi "telegram"da izləyin