Sərhədçilərimizin fəaliyyəti düşməni təşvişə salıb - Artsrun etiraf etdi

2019/03/6dd16-1551685456.jpg
Oxunub: 13260     11:41     04 Mart 2019    
"Azərbaycan-Ermənistan sərhəddi boyunca Azərbaycan tərəfi sürətli şəkildə ön xəttin beton, beton dəmir konstruksiyaları ilə mühəndis bərkitmə işlərini həyata keçirməyə davam edir. Bu işlər xüsusilə Tavuş vilayəti istiqamətindəki sərhədboyu ərazilərdə nəzərə çarpır. Bu istiqamətdən tez-tez daxil olan məlumatlara görə, erməni hərbçiləri tikinti işlərinin qarşısını almaq üçün icazə istəsələr də, erməni hökumətinin hərbçilərə müdaxilə etməyə icazə verməyə tələsmədiyi qeyd edilir".

Ordu.az xəbər verir ki, bu barədə 168.am saytı yazıb və saytın əməkdaşı məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyana müraciət edib.

Hovhannisyan cavabında, Azərbaycan tərəfinin bütün sərhədboyu daim mühəndis işləri apardığını və eyni qaydada Ermənistanın da bu istiqamətdə çalışdığını etiraf edib.

"Bu yenilik deyil. Eyni qaydada biz də iş aparırıq. Burada qeyri-adi heç bir şey yoxdur", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin