Ordu.az xəbər verir ki, qaziyə layiq görüldüyü medalı onun xidmət etdiyi ordu birliyinin yüksək rütbəli zabiti verib.
Müalicə aldığı hospitalda təltif edilən kapitan Fərhad Əyyubov səhhətinin yerində olduğunu və hər zaman bir zabit kimi Vətənə borclu olduğunu dilə gətirib. Bundan başqa qazinin atası Rüstəm Əyyubov oğlunun müalicəsinin aparılmasına, ona göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirib
“Əlbəttə oğlum Vətən üçün sağlamlığını itirib. Vətən sağ olsun! Bundan başqa oğlumun səhhətini diqqətdə saxladıqlarına görə Müdafiə Nazirliyinin rəhbərliyinə və ordu birliyi komandiri, general-mayor Hikmət Həsənova öz təşəkkürümü bildirirəm. Demək olar ki, general hər gün bizimlə əlaqə saxlayaraq Fərhadın səhhəti ilə maraqlanır”, - deyə Rüstəm Əyyubov bildirib.
Xatırladaq ki, kapitan Fərhad Əyyubov hal-hazırda müalicə olunur və onun bir ayağı amputasiya olunub.
Elgün Gəncimsoy
Ordu.az