Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” agentliyinin müxbirinə “Beynəlxalq İnsan İnkişafı mərkəzinin” sədri Tevan Poğosyan bildirib.
Daha öncə “Komersant” qəzetinə verdiyi müsahibəsində RF-nin Xarici İşlər nazirinin müavini Qriqori Karasin qeyd edib ki, Moskva Gürüstanı elə davranmağa çağırır ki, Rusiya ilə Gürcüstan arasındakı münasibətlərdə xoşagəlməz sürprizlər yaranmasın. O, xüsusilə, Gürcüstanın xarici siyasətində getdikcə artan NATO yönümlü gündəmi vurğulayıb.
“Burada kifayət qədər tez-tez genişmiqyaslı NATO təlimləri keçirilir. Bölgənin digər dövlətlərinin, o cümlədən Ermənistanın da bu təlimlərdə iştirak etməsinə şərait yaradır”, - deyə bir bəyanatla Gürcüstan Müdafiə naziri Levan İzorianın Ermənistan səfərindən sonra mətbuat konfransında çıxış edib.
Gürcüstanın müdafiə naziri İrəvanda qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Gürcüstanda NATO-nun dəstəyi ilə keçiriləcək “Noble Partner” və “Agile Spirit” çoxmillətli təlimlərində iştirak edəcək.
“Əgər bu təlimlər müttəfiqimizin maraqlarına xələl gətirərsə, Ermənistan öz müttəfiqi ilə strateji münasibətləri qoruyub saxlamaq üçün hər şeyi edəcək”, - deyə Poğosyan qeyd edib.
Xatırladaq ki, erməni hərbçilər 2017-ci ildən bu yana Gürcüstanda keçirilən “Agile Spirit” çoxmillətli təlimlərində iştirak etməyib. 2015-ci ildə Ermənistan bu təlimlərdə müşahidəçi kimi təmsil olunub. Sonuncu dəfə Ermənistanın silahlı qüvvələri “Noble Partner” təlimlərində 2018-ci ilin yayında iştirak edib.
Alpər Mövludoğlu
Ordu.az