“Paşinyanın bəyanatının hansı nəticələrə səbəb ola biləcəyini düşünməkdən qorxuram” – Qazinyan

2019/03/regnu-1551437690.jpg
Oxunub: 29809     14:51     01 Mart 2019    
“Paşinyan tərəfindən İran qazının tranziti üçün Ermənistan ərazisini təklif etməsinə dair bəyanat, əgər Rusiya Federasiyası və ABŞ-la razılaşdırmadan verilibsə, o zaman Ermənistan üçün təhlükəsizlik riskiləri yaranır”.

Ordu.az xəbər verir ki, bu barədə “Bir Ermənistan” partiyasının həmtəsisçisi Artur Qazinyan öz “Facebook” səhifəsində yazıb.

“Paşinyanın Ermənistan ərazisini İran qazının tranzitinə təqdim etməsi ilə bağlı bəyanatı ilk növbədə Ermənistanın milli və dövlət maraqlarından irəli gəlir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu maraqların dərk edilməsi Ermənistanın bütün hakimiyyətlərinin dövründə olub.

“Nəzərdə tutulanlardan daha kiçik diametrə malik kəmərlə inşa edilsə də, İran-Ermənistan qaz kəmərinin tikintisi bununla əlaqədar olub. Ancaq təbii qazın tranziti iqtisadi faydadan başqa, ciddi təhlükəsizlik riskləri yaradır”, - deyə o əlavə edib.

Avropanın enerji təhlükəsizliyi və müdafiə sistemində təbii qaz tədarükü marşrutlarının diversifikasiyası Rusiya qazından asılılığın azaldılmasının yeganə effektiv üsulu olaraq elan edilib. Son 20 ildə bu yolların axtarışı ağır və qanlı müharibələrə səbəb olub. Məsələn, Suriyadakı müharibəni qeyd etmək kifayətdir.

“Təhlükəsizlik risklərini yox etmək üçün bu bəyanatın Rusiya Federasiyası və Birləşmiş Ştatlarla razılaşdırıldığına dair əmin olmaq lazımdır. Əgər razılaşdırılmayıbsa, hətta bu bəyanatın nəticələrini və onun praktiki həyata keçirilməsini düşünməkdən qorxuram”, - deyə Qazinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin