Erməni hərbçilər hərbi hissəni özbaşına tərk edib

2019/03/cebhe-1551430205.jpg
Oxunub: 25415     12:32     01 Mart 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında xidmətdən yayınmaq məqsədilə hərbi hissəni özbaşına tərk edənlərin sayı azalmır. Hərbi hissədən qaçanların əksəriyyəti izahatlarında fərarilik etmələrinin səbəbi kimi, şəraitin acınacaqlı olduğunu göstərirlər.

Ordu.az xəbər verir ki, Ağdam istiqamətində yerləşən düşmən ordusunun 1-ci taborunda xidmət edən Vahan Aleksanyan da hərbi hissədə mövcud olan vəziyyətə tab gətirməyərək bölmədən özbaşına qaçıb.

Onun tapılması və xidmət yerinə qaytarılması ilə bağlı tədbirlər görülür.

Hərbi polis araşdırma aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin