Ordu.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Aerokosmik Akademiyasından general-leytenant Vladimir Lyaporov məlumat verib.
Onun sözlərinə görə, qabaqcıl S-500 yer-hava tipli anti-ballistik raket sistemi və S-350 ortamənzilli yer-hava tipli raket sistemi tezliklə Rusiya Silahlı Qüvvələrində silahlanmaya daxil olacaq.
“Qeyd etmək istərdim ki, 2019-cu ildə bu sistemləri istifadə etmək üçün təlimlər keçiriləcək. Onların silahlanmaya daxil olma vaxtı dəqiq bilinməsə də, bunun yaxın gələcəkdə olacağını gözləyirik”, - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Müdafiə naziri Serqey Şoyqu S-500-lərin çatdırılmasının 2020-ci ildə başlayacağını bildirmişdi.
Ağalar Ağalarlı
Ordu.az