Avropalı Parlamentari: “NATO Qara dəniz regionundakı mövcudluğunu gücləndirməlidir”

2019/02/630_3-1551359990.jpg
Oxunub: 7501     17:43     28 Fevral 2019    
“Mənim və həmkarlarımın fikrincə, Avropa Parlamenti Azov dənizindəki vəziyyətin gərginləşməsinə yalnız ATƏT mandatını genişləndirməklə deyil, eləcə də NATO-nun Qara dəniz regionundakı mövcudluğunu gücləndirməklə reaksiya verməlidir”.

Ordu.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin üzvü Rebekka Harms qatıldığı forumlardan birində çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Ukraynaya qarşı Qara və Azov dənizi regionunda baş verən təxribatlar eləcə də, Aİ, NATO və bütünlükdə Qərbə qarşı atılmış addımlar kimi dəyərləndirilməlidir.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Qara-dəniz    


Bizi "telegram"da izləyin