Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən
Ordu.az-a verilən məlumata görə, görüşdə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində 2018-ci il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil edilib, həmçinin cari il üçün tədbirlərin planlaşdırılması məsələləri nəzərdən keçirilib və yeni əməkdaşlıq sahələri müəyyən edilib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
NATO
Müdafiə-Nazirliyi