Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci ilin yay ayında enurez xəstəsi olan 100-dən artıq çağırışçı artıq orduya aparılıb.
Bildirilir ki, həmin əsgərlər hərbi hissələrdə sağlamlıq və psixoloji problemlərlə üzləşdiklərindən şikayətlənirlər. “Hərbi qulluqçuların hüquqlarının müdafiəsi Assosasiyası” təşkilatının rəhbəri, vəkil Davit Vardikyanın sözlərinə görə, keçmişdə hərbi xidmətə yararsız olan şəxslərin, bu qərarla hərbi xidmətə yararlı olmasına nəyin əsas verdiyi anlaşılmazdır. Vəkil bu xəstəliklə hərbi xidmətin bir araya gəlmədiyini qeyd edir.
Bu xəstəliklə xidmət edən, adı açıqlanmayan bir nəfər erməni əsgəri bildirib ki, məhdudiyyətlə hərbi xidmətə cəlb edilsələr də, bu hal onların vəziyyətini yüngülləşdirmir. Onun sözlərinə görə, orduya çağırılmadan öncə bu hal hər həftə 2-3 dəfə baş verirdisə, indi hamı bu halın sayının artmasından şikayətlənir. Hərbi hissələrdə gigiyena qaydaları təmin edilsə də, bu da problem yaradır.
Erməni əsgər bildirir ki, hər səhər tezdən yuyunmaqla, sırada dayanır və nəticədə soyuqlamaya tutulur. Buna baxmayaraq, əsas problemin psixoloji sahədə olduğu qeyd edilir. Onların xəstəliyi barədə hərbi hissədə və hərbi hissədən kənarda hamı bilir. Bölükdə hamının eyni xəstəlikdə olduğunu qeyd edir. Başqa bir erməni əsgər bildirir ki, bəxtləri eyni olmaqla, damğalanmış dostlardır.
Bu hərbi qulluqçular ayrıca ərazidə xidmət edirlər. Hərbi hissədən kənara çıxan kimi hamı onların kimliyini, xəstəliyini bilir. Erməni əsgər bildirir ki, belə şəraitdə xidmət etdikləri artıq onların yaşayış yerlərində də məlum olub. Bu isə gələcəkdə onların evliliyinə və həyatına maneçilik törətməklə psixoloji əngəl yaradacaq.
Erməni psixoloqlardan biri qeyd edir ki, 20 yaşlı gənclərdə bu hal lazımsızlıq, layiqincə kişi olmadığı, hansısa əlamətə nəzarət edə bilmədiyi fikri formalaşdırır və cinsi pozğunluğa yol açır. Belə bir mənəvi zərbə dərin depressiyaya səbəb ola bilər. Bu ilin əvvəlində Ermənistan Müdafiə Nazirliyinin mərkəzi hərbi tibbi komissiyasının sədri bildirib ki, silahlı qüvvələrdə bu və ya digər xəstəliklə ilk dəfə çağırılan hərbi qulluqçular arasında ekspertiza aparılacaq, lakin hələlik bu sahədə yenilik yoxdur.
Alpər Mövludoğlu
Ordu.az