Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polkovnik rütbəli Marat Hovhanisyan ilkin istintaqın rəyinə görə, hərbi hissə komandiri olaraq, öz səlahiyyət mövqeyindən sui-istifadə edib.
O, öz ailə üzvləri, arvadı, oğlu, həmçinin qardaşına aid torpaq sahələrində dəmir qüllələrin tikintisi işlərinə tabeliyindəki hərbi hissənin işçilərini, o cümlədən 4 müqaviləli hərbi qulluqçunu cəlb edib.
Bunlar arasında baş gizir və leytenant rütbəli hərbçilər də var. Bu hərbçilər hərbi hissədə öz səlahiyyət vəzifələrini buraxaraq, hərbi hissənin texnikasını, nəqliyyat vasitələrini, yanacaq və qaynaq qurğusunu istifadə etməklə Hovhannisyanın torpaq sahəsində işləyiblər.
Tam şəkildə iki həftəyədək qeyd edilən şəxslər xidmət yerinə gəlməsə də, dövlət hesabına əmək haqqı ilə təmin ediliblər. Məlumata görə, polkovnik rütbəli hərbi hissə komandirinə qarşı cinayət məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az