Ordu.az Ermənistanın “Past” nəşrinə istinadən xəbər verir ki, “Sasna Tsrer” partiyasının sədri Jirayr Sefilyanın son dövrlərdəki fəallığı Qarabağ ətrafında baş verən inkişaf prosesləri ilə birbaşa əlaqəlidir.
Bildirilir ki, buna səbəb indiki mərhələdə bu məsələ ətrafında qeyri-müəyyənliyin olmasıdır.
“Bu hal vaxtaşırı siyasi spekulyasiya fürsətinə çevrilir. Qarabağ münaqişəsi ətrafında ciddi danışıqlar prosesi getdiyi bir vaxtda (Sankt Peterburq, Vyana), 2016-cı ildə olduğu kimi, eləcə də indi rus dairələri Ermənistanın siyasi sahəsində gedən prosesləri istənilən yolla özlərinə uyğunlaşdırmağa və bundan faydalanmağa çalışırlar.
Bu mənada Ermənistan hakimiyyəti ünvanına açıq-aşkar təhdid olan Sefilyanın bu bəyanatı Rusiya tərəfinin maraqlarına xidmət edir və mahiyyətinə görə, təbiidir.
Rəsmi Moskva Ermənistanın daxili siyasi arenasında daim öz ideyalarına şərik olan şəxslərin olmasına və bu məqamı öz məqsədləri və maraqlarına xidmət etdirməyə çalışır”, - deyə nəşrin məlumatında qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az