Ermənistanda qaranlıq keçmişi olan kadrlar MN-ə geri qaytarılır

2019/02/41565-1551258458.jpg
Oxunub: 13133     13:43     27 Fevral 2019    
Ermənistan Silahlı Qüvvələrin qərargahı tədricən köhnə kadrlarla dolur. Məlumata görə, Ermənistan MN-dən bu və ya digər səbəbdən azad edilmiş kadrlar görünməyən, qeyri-həlledici vəzifələrə qayıdırlar.

Beləliklə, korrupsiya qalmaqalı səbəbindən 2013-cü ildə Ermənistan MN-dən uzaqlaşdırılan hərbi qulluqçuların sosial müdafiəsi idarəsinin sabiq rəisi Suren Harutyunyan bu günlərdə Ermənistan SQ-nin Baş Qərargahına geri qayıdıb. Suren Harutyunyan rəhbərlik etdiyi idarədə böyük korrupsiya qalmaqalı ilə yadda qalıb. Onun müavini, sosial müdafiə şöbəsinin rəisi, polkovnik Davit Davtyan 2013-cu il sentyabrın 10-da rüşvət alarkən MTX və MN-nin nəzarət-yoxlama idarəsinin birgə əməliyyatı nəticəsində həbs edilib. O, ölən hərbi qulluqçunun ailəsinə verilən maddi yardımı tezləşdirmək müqabilində valideynlərdən 400 min dramdan artıq rüşvət almaqda ittiham edilirdi. Açılan cinayət işinin araşdırılması zamanı digər faktların da üstü açılsa da, sadəcə Davit Davtyan mühakimə edilib.

Onun törətdiyi cinayətin yumşaldılması üçün məhkəmə əlindən gələni edərək, onu rüşvət almaqda yox, vəzifə səlahiyyətlərini aşmaqda ittiham edib və bununla da Davtyan üçün 2 il müddətinə azadlıqdan məhrum etmə nəzərdə tutulub. O, məhkəmədə tək fəaliyyət göstərdiyini deməklə, heç kimə qarşı ifadə verməyib.

Türmədə 2 il keçirən Davit Davtyanın rəisi, Suren Harutyunyan isə sudan quru çıxdı. Lakin 2 ay sonra onu MN-dən azad etdilər. Həmin il noyabrın 29-da hərbi qulluqçuların sosial müdafiəsi idarəsinin rəisi vəzifəsinə 2-ci dərəcəli dövlət müşaviri Serj Aruşanyan təyin edilmiş və hazırda bu vəzifəni tutmaqda davam edir.

Ermənistan MN-də dolaşan şayiələrə görə, Suren Harutyunyanı nəzərə çarpmayan ştatla qaytarsalar da, daha yüksək vəzifəyə təyinat perspektivi nəzərdə tutulub. Bəzi məlumatlara görə, onun üçün Baş qərargah rəisinin müavini kreslosunu hazırlayırlar. Korrupsiya faktlarına bulaşmış kadrların Ermənistan Müdafiə Nazirliyində nə işi olduğunu hələlik yalnız Davit Tonoyan bilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya   Tonoyan  


Bizi "telegram"da izləyin