Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiənin qərargah rəisi – idarə rəisinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Tverdə ixtisas toplanışında iştirak edir.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
Məlumata görə, toplanış fevralın 25-dən martın 1-dək Tver şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərinin HHM və Hərbi Hava Qüvvələri komandanlığının hava hücumundan müdafiə sahəsinin mütəxəssislərinin iclasıdır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
HHM
Tver