Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTOLAR

2019/02/12338-3102367280.jpg
Oxunub: 24974     16:19     26 Fevral 2019    
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Naxçıvan” Universitetinin ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov tədbirdə çıxış edərək Xocalı soyqırımı haqqında geniş məlumat verib. Qeyd edilib ki, Ulu öndərimiz Heydər Əliyev xalqın tələbi ilə 2-ci dəfə Azərbaycana rəhbərliyə gələndən sonra Xocalıya hüquqi-siyasi qiymət verilib və bu dəhşətli hadisə dünya ictimaiyyətinə bəlli olub.


Tədbirdə şair Əbülfəz Ülvi Vətənə və Xocalı soyqırımına həsr etdiyi şeirlərini səsləndirib.

Sonra Əsgər Cəmaləddin Yusifov bildirib ki, Xocalı soyqırımı biz gənclərin unutmadığı və məkrli düşmənlə mübarizəyə səsləyən ibrət dərsidir. Biz əsgərlər Vətənizimi göz bəbəyi kimi qorumaq üçün hərbi xidməti layiqincə yerinə yetiririk.

Sonda “Xocalı soyqırımını unutma” adlı sənədli film nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DQ   Naxçıvan  


Bizi "telegram"da izləyin