"Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın" - Səfir

2019/02/dc2d4-1551165312.jpg
Oxunub: 3308     11:09     26 Fevral 2019    
"27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün bura gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq".

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır.

"Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın, kimlərsə buna cəsarət etməsin. Türkiyənin əksər şəhərlərində Xocalı ilə bağlı anım tədbirləri keçirilir. Azərbaycanın işğal altında olan torpaqları azad edilmədikcə, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmadıqca, biz də rahat olmayacağıq",- deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səfir   Türkiyə   Xocalı-soyqırımı  


Bizi "telegram"da izləyin