Ermənilər Türkiyə ordusunun Qarsda keçirdiyi hərbi təlimlərdən qorxuya düşüblər

2019/02/photo-1551100249.jpg
Oxunub: 3759     17:01     25 Fevral 2019    
Ermənilər Türkiyə ordusunun Qarsda keçirdiyi hərbi təlimlərdən qorxuya düşüblər. Erməni hərbi analitik David Harutyunyan bu təlimləri İrəvana qarşı təzyiq vasitəsi adlandırıb.

Türkiyə Silahlı Qüvvələrinin Qars vilayətində təşkil etdiyi və Azərbaycan, Bosniya və Herseqovina, Qətər, Böyük Britaniya, Almaniya, İtaliyadan 251 hərbçinin iştirak etdiyi “Qış-2019” irimiqyaslı hərbi təlimlərinin uğurla başa çatması ermənilərin təşvişinə səbəb olub.

Bu qorxunu açıqca büruzə verən Harutyunyan bildirib ki, həmin tədbirin siyasi məqsədi və geosiyasi hədəfləri var.

Onun sözlərinə görə, guya Ankara Suriyaya humanitar yardım göndərən İrəvana təzyiq göstərmək istəyir. Analitik ənənəvi erməni hiyləgərliyi ilə əlavə edib ki, Türkiyə Suriyada mövqeyini möhkəmlətmək üçün, habelə Cənubi Qafqazda təsirini artırmaq məqsədilə Rusiyaya da təzyiq göstərir. Ən gülünc olanı isə, onun müzəffər Azərbaycan ordusunun uğurlu 2016-cı il Aprel əməliyyatını da bu fonda təqdim etməsidir.

Harutyunyan Türkiyənin bu siyasətinin Dağlıq Qarabağ münaqişəsinə və Ermənistana da təsiri olacağını bildirib. (Nuhçıxan)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Qars   Təlim  


Bizi "telegram"da izləyin