Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan FHN-nin mətbuat katibi Satenik Asilyan bildirib.
Onun sözlərinə görə, fevralın 24-də saat 14:04 radələrində “911” xidmətinə Tavuş vilayətinin Tavuş kəndinə yaxın su anbarına avtomobil düşdüyü və xilasetmə əməkdaşlarının köməyinə ehtiyac olduğu barədə müraciət daxil olub. Müraciətə əsasən hadisə yerinə xilasetmə qrupu göndərilib və məlum olub ki, VAZ-2107 markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, su anbarına düşüb. Nəticədə sürücü “A.Q” adlı şəxs yerindəcə keçinib.
Xilasedicilər su anbarından 1988-ci il doğumlu A.Q-nin meyitini və xüsusi texnikanın vasitəsilə avtomobili su anbarından çıxarmağa nail olublar.
Ermənistan MN-nin mətbuat katibi Artsrun Hovhannisyan bildirib ki, ölən şəxs müqaviləli xidmət edən hərbi qulluqçu olub.
Alpər Mövludoğlu
Ordu.az