NATO ABŞ-ı Liviya fiaskosuna necə cəlb etdi?

2019/02/libya-1551080947.jpg
Oxunub: 13374     21:32     25 Fevral 2019    
NATO-nun amerikalı tənqidçiləri arasında əsas narahatlıq doğuran məqam alyansın Şərqi Avropaya doğru genişlənməsinin Birləşmiş Ştatları özünün təhlükəsizlik maraqları ilə çox az əlaqəsi olan, yaxud təmamilə əlaqəsiz bir münaqişəyə sala biləcəyidir.

Lakin 2011-ci ildə NATO-nun Liviyaya müdaxiləsi Vaşinqtonun Fransa və Britaniya kimi uzunmüddətli müttəfiqlərinin belə eyni təhlükəni meydana gətirə biləcəyini göstərdi. Öz xatirələrində keçmiş Dövlət katibi Hillari Klinton və Müdafiə naziri Robert M. Qeyts həmin dövlətlərin həvəssiz Obama administrasiyasını Liviyada belə bir addım atmağa necə sövq etdiyindən bəhs ediblər. Qeyts açıq şəkildə düşmən mövqedə dayansa da, Klinton humanitar hərbi missiyadan yana idi. Lakin bu ikilinin fikri müttəfiq dövlətlərin Amerikanın qərarvermə mexanizmində çox təsirinin olması ilə bağlı məsələdə üst-üstə düşür.

2010-cu ilin sonu və 2011-ci ilin əvvəllərində Yaxın Şərqin avtoritar rejimlərinə qarşı üsyanlar başlayarkən Birləşmiş Ştatlar və onun avropalı müttəfiqləri buna necə reaksiya verəcəkləri üzərində götür-qoy etdilər. Liviya diktatoru Müəmmar Qəddafi həmin üsyanların hədəflərindən biri idi.

İlk başda Klinton ABŞ-ın kreslosuz Qəddafiyə qarşı hər hansı hərbi əməliyyata girməsindən narahat kimi görünürdü. “Mən fransalı prezident Nikolas Sarkozi ilə görüşəndə, o, Qəddafinin üsyançıların Şərqi Liviya şəhəri Benqazidəki mövqelərinə doğru irəliləməsinin qarşısını almaq üçün ABŞ-ı beynəlxalq hərbi müdaxiləyə çağırdı. Onda mən bu fikrə simpatiya duysam da, əmin deyildim. ABŞ ondan öncəki onilliyi İraq və Əfqanıstandakı uzun və çətin müharibələrdə keçirmişdi”, - deyə Klinton qeyd edib.

Konqres qarşısında dindirmələrdə Klinton sadəcə belə bir təşəbbüsə başlamazdan əvvəl Vaşinqton qarşısında beynəlxalq səlahiyyətin vacibliyini vurğulamaqla yetinmədi, o, narahatlığının səbəblərini də açıqladı. Çox tezdir, digər ölkələr bizdən təcili tədbir tələb edir, amma bizim üzərimizdə böyük yük var və bu risklidir”.

Buna baxmayaraq, ABŞ-ın qərarvermə orqanlarında digər ölkələrin, xüsusilə müttəfiq dövlətlərinin güclü təsirə malik olması bu hadisədə də öz sözünü dedi və Senat 51-49 səsvermə nəticəsi ilə bu müdaxilənin lehinə səs verdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Liviya   ABŞ  


Bizi "telegram"da izləyin