“Paşinyan ABŞ-a zidd olmadan, Rusiyaya xidmət etmək imkanından məhrum edilib” – Qukasyan

2019/02/15397-1551078879.jpg
Oxunub: 10191     11:11     25 Fevral 2019    
“Qarabağ münaqişəsinin həll edilməsi məsələsində Ermənistanın ilk prezidenti və indiki hakimiyyətin siyasəti arasında oxşarlıq yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına verdiyi müsahibəsində erməni politoloq Andreas Qukasyan demişdir.


Onun sölərinə görə, fərqlilik ondadır ki, münaqişənin nizamlanması prosesinə təsir edən supergüclərin münasibətləri dəyişib.

“Əgər keçmişdə Rusiya və ABŞ arasında müəyyən anlayış vardısa, hazırda münasibətlərdə gərginlik var. Bu gün əslində Rusiya və ABŞ 1985-ci illərə, yəni orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilənin imzalandığı soyuq müharibənin son ilinə qayıdıblar”, - deyə politoloq Andreas Qukasyan bildirib.

Erməni ekspert bunun ATƏT çərçivəsində imzalanmış sənədlərin hüquqi bazasının yenidən nəzərdən keçirilməsinə səbəb olduğunu vurğulayıb.

“Levon Ter-Petrosyan dövründə hakimiyyət prioritetlərdən biri kimi Rusiyanın maraqlarına xidmət etmək niyyətlərini açıq şəkildə ifadə edirdi. O dövrdə bu mövqe Qərbin maraqları ilə kəskin bir ziddiyyət yaratmırdı. Bu gün Nikol Paşinyan ABŞ və Avropa İttifaqının maraqlarına zidd olmadan, Rusiyanın maraqlarına xidmət etmək imkanından məhrumdur”, - deyə Qukasyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Forpost   Ermənistan  


Bizi "telegram"da izləyin