HVAVO: Erməni xəstə əsgər vaxtından əvvəl, daha ağır problemlərlə tərxis edilib

2019/02/465_1-1551073806.jpg
Oxunub: 20858     09:48     25 Fevral 2019    
Sağlamlıq problemləri ilə hərbi xidmətə çağrılan, daha sonra Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin dəstəyi nəticəsində hərbi qulluq dövründə iki dəfə cərrahiyyə əməliyyatı olan erməni hərbi qulluqçu Armen Tadevosyan hərbi xidmətə çağırıldıqdan bir neçə ay sonra vaxtından əvvəl tərxis edilib.

Ordu.az erməni KİV-lərə istinadən xəbər verir ki, Armen Tadevosyan müxtəlif sağlamlıq problemləri olduğu halda hərbi xidmətə yararlı hesab olunub və 2018-ci ilin yay aylarında hərbi xidmətə aparıldıqdan sonra hospitala təxliyyə edilib.

Tibbi sənədlərə əsasən Armen Tadevosyanın sağlamlıq problemlərinin təcili həll edilməsinə ehtiyac olmasına baxmayaraq, onun müayinələri formal xarakter daşıyıb. Erməni əsgər atasının verdiyi məlumata əsasən, təcili həll etmək əvəzinə planlı cərrahiyyə əməliyyatı nəzərdə tutulub.

Ümumi məlumatlaraın öyrənilməsindən sonra müəyyən edildi ki, sol dairənin damar sistemində patologiyalar mövcuddur. Qan dövranı və orqanların müəyyən həcmdə maneçiliyi, müəyyən müayinələrdən sonra isə sağlamlığında pisləşmə qeydə alınıb.

2019-cu ilin fevral ayında Arsen Tadevosyanın vaxtından əvvəl ordudan tərxis edilməsinə dair qərar qəbul edilib. O, hərbi xidmətə yararsız hesab olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Xəstə-əsgərlər   HVAV  


Bizi "telegram"da izləyin