Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu idarə etdiyi VAZ 2107 markalı avtomobillə Tavuş vilayətində qəza törədib.
Məlumata görə, idarəetməni itirən erməni hərbçinin maşını su anbarına düşüb. Hadisə yerinə gələn xilasedicilər avtomobili və erməni hərbi qulluqçunun meyitini sudan çıxarıblar.
Ordu.az