Xəstə erməni əsgərin valideynləri diqqətsizlikdən şikayət edir

2019/02/465_1-1550567642.jpg
Oxunub: 10928     12:54     19 Fevral 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularına göstərilən tibb xidmətinin aşağı səviyyədə olması ilə bağlı Müdafiə Nazirliyinə yüzlərlə şikayət daxil olur.

Ordu.az xəbər verir ki, Tiqran Qazaryan adlı hərbi qulluqçu vəziyyəti pisləşdiyi üçün hərbi hospitala yerləşdirilib. Lakin burada ona həkimlər tərəfindən lazımi diqqət göstərilmədiyindən onun səhhətində heç bir irəliləyiş yoxdur. Bu barədə Ermənistan Müdafiə Nazirliyinə şikayət edən əsgərin valideynləri bildiriblər.

Hərbi qulluqçu T.Qazaryanın valideynlərinin şikayət etdiyi ortaya çıxdıqdan sonra hospitalın rəisi Azaryan əl-ayağa düşüb və əsgərin müalicəsi ilə bağlı tapşırıqlar verib.

Komandanlıq isə əsgər valideynlərinin şikayətlərini geri götürmələri üçün canfəşanlıq edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Etiraz  


Bizi "telegram"da izləyin