Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Seyran Ohanyanın Serj Sarksiyana qarşı izahat verdiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Məlumata görə, Ohanyan, Serj Sarkisyanın onun ali baş komandanı olduğunu bildirib.
"Bir sözlə Seyran Ohanyan düzgün davranış tərzi nümayiş etdirib", - deyə Sarksiyana yaxın olan mənbələrdən biri bildirib.
Naxçıvan dəmiryolunun sökülməsi, satılması ilə bağlı Serj Sarkisyan istintaqa bildirib ki, "yaxşı mən zərər vuran tərəfəmsə, bəs zərər çəkən tərəf kimdir?". Sarkisyanın verdiyi suala cavab verən olmayıb.
Mənbənin məlumatına görə dəmiryolunun sökülərək satıldığı illərdə Ermənistan ordusu üçün silah alınıb.
İstənilən halda, nəticədə Sarkisyanın həbs edilə biləcəyi istisna edilmir. Çünki hər şey bu istiqamətə doğru irəliləyir.
Qeyd edək ki, Paşinyan hakimiyyəti reytinq baxımdan xeyli geriləməyə məruz qalıb ki, yeni şou göstərməyə ehtiyac var. Bu halda isə onları yalnız belə bir şou qane edə bilər.
Alpər Mövludoğlu
Ordu.az