Ordu.az xəbər verir ki, bu barədə qondarma qurumun "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan jurnalistlərlə görüşü zamanı deyib.
Erməni jurnalistin "Qarabağda Balasanyanın vəzifəsindən azad ediləcəyini düşünürlər" deyə səsləndirilən fikirə o belə cavab verib: "Bunu Nikol Paşinyanın simasında Ermənistan hakimiyyəti tələb edə bilər".
O, Yerablurda dediklərini təkrar edərək bir daha qeyd edib ki, "1 Mart" cinayət işini konstitusiya quruluşunun dəyişdirilməsi maddəsi ilə bağlamağı gülünc hesab edir. Hakimiyyətdə olan şəxsin konstitusiya quruluşunu niyə dəyişməli olduğunu dərk edə bilmədiyini, bu maddəni anlamadığını və 0038 nömrəli əmrdə belə bir şeyin olmadığını vurğulayıb. O, qeyd edib ki, bayram tədbirində Nikol Paşinyanı görsə də onunla söhbət etməyib.
Alpər Mövludoğlu
Ordu.az