“Hraparak”: Paşinyan Balasanyanı istefaya göndərə bilər

2019/01/Vital-1548833829.jpg
Oxunub: 29761     11:35     30 Yanvar 2019    
İşğal altında olan Qarabağda Ermənistan tərəfindən formalaşdırılmış qondarma qurumda “istefalar” dalğası davam edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrinin yayımladığı məqalədə qeyd edilib.

Xatırladaq ki, keçən ilin sonlarında qondarma qurumun “müdafiə ordusu” adlandırılan qanunsuz silahlı birləşmənin komandiri Levon Mnatsakanyan tutduğu vəzifəyə vida edib. O cümlədən, onun müavini Samvel Karapetyanın da tutduğu vəzifədən azad ediləcəyinə dair məlumatlar dolaşırdı.

Niyə, sualına Qarabağdakı mənbə belə cavab verib: “Onu çoxdan Rıjiy Lyova ilə birlikdə (Kürən Lyova) vəzifəsindən azad etmək istəyirdilər. Lakin bundan çəkindilər, çox müstəqildir. Lakin o, kənardan da kifayət qədər böyük kütləni təsir altında saxlaya bilərdi, ona hörmət edirlər”.

Yeri gəlmişkən, Qarabağda hesab edirlər ki, erməni ordusunun yaranma günü münasibətilə Yerablurda (İrəvanda ölən hərbçilərin dəfn edildiyi təpənin adı) səsləndirilən fikirlərə görə, Vitali Balasanyanın “Təhlükəsizlik Şurasının katibi vəzifəsi”ndən azad ediləcəyi istisna olunmur. Buna başqa səbəb də ola bilər.

Üstəlik, qondarma qurumda vaxtından əvvəl “seçkilər”in keçirilməsi ehtimalını istisna etmirlər. Bu halda Ermənistan hakimiyyətinin favoriti Arayik Harutyunyandırsa, Köçəryan komandasının namizədi çox ehtimalla Balasanyan olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Balasanyan   Paşinyan  


Bizi "telegram"da izləyin