Gizlədilmiş faktlar: Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri – YEKUN HESABAT

2018/12/13-15-1545400024.jpg
Oxunub: 1790     13:54     31 Dekabr 2018    
Ordu.az 2018-ci ilin yanvarın 1-dən dekabr ayının 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, özünəqəsd, güllələnmə, döyülmə, oğurluq və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

2018-ci ilin nəticələrinə görə, Ermənistan ordusunda müxtəlif şəraitlərdə ən azı 60 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 21-i qəza, 12-si təxribat, 7-si intihar, 7-si naməlum, 3-ü güllələnmə, 2-si döyülmə, 2-si təyyarə qəzası, 1-i xəstəlik, 1-i mina partlayışı, 1-i göldə boğulma, 1-i qar uçqunu, 1-i qəsdən adam öldürmə, 1-i isə dəm qazından boğulma nəticəsində baş verib.

Düşmən ordusunda bu ilin rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə təxribat, döyülmə, güllələnmə, mina partlayışı, intihara cəhd, qəza və naməlum hadisələr nəticəsində 192 düşmən hərbçisi yaralanıb.

Yanvar

Yanvar ayının nəticələrinə görə, Ermənistan ordusunda 4 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i təxribat, 1-i qəza, 1-intihar, 1-i isə dəm qazından boğulma nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə təxribat, döyülmə, güllələnmə, mina partlayışı və qəza hadisələrdə ən azı 19 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 2 korrupsiya faktı da aşklarlanıb.

Fevral

Fevral ayının nəticələrinə görə, Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 3-ü təxribata cəhd nəticəsində, 2-si naməlum şəraitdə baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə silahla davranma qaydalarının pozulması, intihara cəhd, döyülmə və qəza nəticəsində ən azı 18 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 1 fərarilik və 1 korrupsiya faktı da aşklarlanıb.

Mart

Mart ayının nəticələrinə görə, Ermənistan ordusunda 7 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 4-ü təxribata cəhd nəticəsində, 3-ü qəza nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, əsasən təxribata cəhd, qəza və mina partlayışı nəticəsində 12 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 5 fərarilik və 6 korrupsiya faktı da aşklarlanıb. Bununla yanaşı, düşmənin bir "X-55" taktiki pilotsuz uçuş aparatı məhv edilib.

Aprel

Aprel ayının nəticələrinə görə, Ermənistan ordusunda 4 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i təxribata cəhd, 1-i intihar, 1-i güllələnmə, 1-i isə mina partlayışı nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə silahla davranma qaydalarının pozulması, təxribata cəhd, döyülmə və qəza nəticəsində ən azı 15 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 1 fərarilik və 1 oğurluq faktı da aşklarlanıb.

Qeyd edək ki, aprelin 17-də cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter də vaxtında aşkar olunaraq məhv edilib.

May

May ayının nəticələrinə görə, Ermənistan ordusunda 7 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 2-si döyülmə, 2-si qəza, 1-i təxribata cəhd, 1-i intihar, 1-i isə naməlum səbəblərdən baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, əsasən təxribata cəhd, qəza və döyülmə nəticəsində 10 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 2 korrupsiya faktı da aşklarlanıb.

İyun

İyun ayının nəticələrinə görə, Ermənistan ordusunda 4 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i təxribat, 1-i güllələnmə, 1-i xəstəlik, 1-i isə naməlum səbəblərdən baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, əsasən təxribata cəhd, qəza və döyülmə nəticəsində 18 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, ən azı 11 korrupsiya (ay ərzində açıqlanan korrupsiya faktları 2018-ci ilin yanvar-iyun aylarını əhatə edir), 6 fərarilik, 1 oğurluq faktı da aşklarlanıb.

Bununla yanaşı, cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən məhv edilib.

İyul

İyul ayının nəticələrinə görə, Ermənistan ordusunda 6 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 5-i qəza, 1-i güllələnmə nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, təxribata cəhd, partlayış, qəza və döyülmə nəticəsində 26 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, ən azı 5 korrupsiya (ay ərzində açıqlanan korrupsiya faktları 2018-ci ilin yanvar-iyun aylarını əhatə edir və Tonoyanın qeyd etdiyi kimi, məlumatların hamısı ictimaiyyətə açıqlanmır), 3 fərarilik, 1 oğurluq faktı da aşklarlanıb.

Bununla yanaşı, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Avqust

Avqust ayının nəticələrinə görə, Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 3-ü qəza, 1-i göldə boğulma, 1-i naməlum hadisə nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, əsasən qəza nəticəsində 8 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, ən azı 3 fərarilik, 2 korrupsiya, 1 oğurluq faktı da aşklarlanıb.

Bununla yanaşı, avqustun 5-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayış baş verib. Ölən və yaralananlar barədə məlumat gizlədilib.

Sentyabr

Sentyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 2-si naməlum, 1-i təxribat, 1-i qəsdən öldürülmə, 1-i isə qəza hadisə nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 8 düşmən hərbçisi (5-i döyülmə, 2-si qəza, 1-i güllələnmə, 1-i mina partlayışı) yaralanıb. Bununla yanaşı, ən azı 1 fərarilik, 1 korrupsiya, 1 oğurluq faktı da aşklarlanıb.

Oktyabr

Oktyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 2 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i intihar, 1-i qəza nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 11 düşmən hərbçisi (6-sı qəza, 4-ü döyülmə, 1-i təxribata cəhd) yaralanıb. Bununla yanaşı, ən azı 1 fərarilik, 1 korrupsiya faktı da aşklarlanıb.

Noyabr

Noyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 6 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 5-i qəza, 1-i intihar nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 31 düşmən hərbçisi (27-si qəza, 3-ü döyülmə, 1-i güllələnmə) yaralanıb. Bununla yanaşı, ən azı 2 fərarilik, 1 korrupsiya, 1 zorlama faktı da aşklarlanıb.

Dekabr

Dekabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 2-si təyyarə qəzası, 2-si intihar (daha bir intihar edən hərbi qulluqçunun ölüb-ölməməsi ilə bağlı məlumat açıqlanmayıb), 1-i qar uçqunu nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 16 düşmən hərbçisi (5-i güllələnmə, 4-ü qar uçqunu, 3-ü mina partlayışı, 2-si intihara cəhd, 1-i təhlükəsizlik qaydalarının pozulması nəticəsində, 1-i naməlum) yaralanıb. Bununla yanaşı, ən azı 2 fərarilik, 1 oğurluq faktı da aşklarlanıb.

******

Erməni KİV-ləri tərəfindən təqdim edilən 5 aylıq - 1 yanvar tarixindən 1 iyun tarixinədək olan hesabatda Ermənistan ordusunda 20 hərbi qulluqçunun öldüyünü açıqlayıb.

Onardan 4 nəfərinin cəbhədə təxribat törətməyə cəhd edərkən məhv edildiyi bildirilib. Digər ölüm hadisələri intihar, bədbəxt hadisə, fövqəladə hadisə nəticəsində, əsgər yoldaşı tərəfindən öldürmə və s. hallar olaraq təqdim edilib.

6 yanvar - Müqaviləli hərbi qulluqqçu Mher Vaniki Ziroyan, bədbəxt hadisə nəticəsində, Qarabağ
6 yanvar - Parqev Saribekyan, avtoqəza nəticəsində, Ermənistan
7 yanvar - Vaçe Nveri Çilinqaryan, atəşkəsin pozulması nəticəsində, Qarabağ
16 yanvar - Harutyun Vanyayi Xaçatryan, intihar nəticəsində, Qarabağ
29 yanvar - Hovsep Kareni Qriqoryan, silahla ehtiyatsız davranış nəticəsində, Qarabağ
7 fevral - Hayk Razmiki Kələntəryan, atəşkəsin pozulması nəticəsində, Qarabağ
8 fevral - Hayk Serqeyi Hakobyan, xəstəlik nəticəsində, Qarabağ
12 fevral - Stepan Stepanyan, xəstəlik nəticəsində, Ermənistan
22 fevral - Qriqor Karapeti Yeğoyan, atəşkəsin pozulması nəticəsində, Qarabağ
15 mart - Edqar Qevorgi Yeremyan, avtoqəza nəticəsində, Qarabağ
24 mart - Armen Hamayaki Harutyunyan, təbii fəlakət nəticəsində, Qarabağ
9 aprel - Narek Georgi Harutyunyan, atəşkəsin pozulması nəticəsində, Qarabağ
15 aprel - Alek Nveri Karapetyan, öldürülmə nəticəsində, Qarabağ
17 aprel - Ruslan Zorikoyi Manukyan, mina partlayışı nəticəsində, Qarabağ
4 may - Artur Artyomi Qasparyan, intihar nəticəsində, Ermənistan
6 may - Levon Arseni Torosyan, intihar nəticəsində, Ermənistan
20 may - Hamlet Norayri Qriqoryan, intihar nəticəsində, Qarabağ
22 may - Martin Qriqori Xaçatryan, bədbəxt hadisə nəticəsində, Ermənistan
26 may - kapitan Hmayak Hakobi Hakobyan, intihar nəticəsində, Ermənistan
30 may - Suren Sureni Ayvazyan, avtoqəza nəticəsində, Qarabağ


Göstərilən hesabatdan fərqli olaraq, tərəfimizdən təqdim edilən hesabatda ilk 5 ay üçün erməni hərbi qulluqçuların ölüm faktı 27-dir.

Daha sonra, iyun ayı ərzində Ermənistanın işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmələri də daxil olmaqla, orduda baş verən itkilər barədə məlumat yayıldı.

Məlumata görə, iyun ayı ərzində 3 ölüm faktı baş verib və onlardan 1 fakt döyüş itkisidir. Redaksiyamızın iyun ayı üçün təqdim etdiyi hesabatına görə isə Ermənistan ordusunda 4 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i təxribat, 1-i güllələnmə, 1-i xəstəlik, 1-i isə naməlum səbəblərdən baş verib.

Döyüş itkiləri:

- 10 iyunda saat 18:00 radələrində, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Vahaqn Zonikoviç Eloyan məhv edilib.

Qeyri-döyüş itkiləri:

- 22 iyunda Ermənistandakı hərbi hissənin döyüş mövqelərindən birində müqaviləli hərbi qulluqçu Hovhanes Melkonyan odlu silah yarasından ölüb. Bölük komandirinin müavininə qarşı ittiham irəli sürülüb;
- 29 iyunda işğal altında olan Qarabağın mərkəzi istiqamətindəki düşmən bölmələrindən birinin müqaviləli hərbi qulluqçusu Armen Şahmaroviç Atanesyan xəstəlik səbəbindən ölüb.



Qeyd: İyunun 3-də axşam saat 18.30-radələrində ön xətt bölmələrindən birində erməni əsgərin meyiti aşkar edilib. Hədisənin gizlədilməsinə və rəsmi açıqlama verilməsinə baxmayaraq, əsgərin ölüsünün aparıldığı xəstəxanadan adının çıkilməsini istəməyən əməkdaş bildirib ki, əsgərin cəsədi axşam saatlarında təcili yardım maşını ilə daxil olub və tibbi ekspertizadan keçirilib. Onun odlu silahla atəşdən öldüyü məlum olub. Naməlum şəkildə ölən və cəsədi səngərdə aşkar edilən hərbi qulluqçunun, 5-ci dağ atıcı alayın əsgəri Vrej Malyamik olduğu məlumdur.

Yayılan məlumatda bildirilir ki, ümumən 2018-ci ilin yanvar-iyun ayları ərzində Ermənistan ordusunun 24 hərbi qulluqçusu ölüb.

Göründüyü kimi, 5 aylıq hesabatda 20, iyun ayına yayımlanan hesabatda isə 3 hərbi qulluqçunun ölməsi barədə məlumat verilib. Sonda isə ümumən 24 hərbi qulluqçunun (?) ölümü barədə məlumat verilir.

İyulun 1-dən oktyabrın 31-dək işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan bölmələr də daxil olmaqla Ermənistan ordusunun itkiləri haqqında yayılan məlumatlara görə isə qeyd olunan dövr ərzində 12 ölüm faktının baş verməsi göstərilib ki, onlardan da 3-ü döyüş itkisidir.

Döyüş itkiləri:

- Sentyabrın 19-da Ermənistanın şimal-şərq istiqamətində dislokasiya olunan hərbi hissələrindən birində atəşkəsin pozulması nəticəsində müqaviləli hərbi qulluqçu əsgər Haykaz Babkenoviç Matevosyan ölüb;
- Sentyabrın 22-də işğal altında olan Qarabağın cənub istiqamətində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində atəşkəsin pozulması nəticəsində müddətli xidmət hərbi qulluqçusu əsgər Artsax Mheroviç Hovsepyan ölüb;
- Sentyabrın 26-da işğal altında olan Qarabağın şimal istiqamətində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində döyüş növbətçiliyi qaydalarının pozulması nəticəsində müddətli xidmət hərbi qulluqçusu əsgər Ağasi Derenikoviç Mkrtçyan ölüb.



Qeyri-döyüş itkiləri:

- İyulun 24-də döyüş mövqeyində Ermənistan ordusunun müddətli xidmət hərbi qulluqçusu Jora Vahakoviç Petrosyan, ilkin məlumata görə əsgər yoldaşının silahla təhlükəsiz davranışı nəticəsində aldığı odlu silah yarasından ölüb;
- İyulun 29-da Sünik vilayətində baş verən yol qəzasında Ermənistan ordusunun müqaviləli xidmət hərbi qulluqçusu Armen Minasyan ölüb;
- Avqustun 5-də işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birinin müqaviləli xidmət hərbi qulluqçusu Armen Raşidoviç Hovakimyan göldə boğularaq ölüb;
- Avqustun 9-da Lori vilayətində baş verən yol qəzasında Ermənistan ordusunun zabiti Artak Qriqoryan ölüb;
- Avqustun 29-da Ermənistan ordusunun hərbi hissələrindən birinin növbətçi hissəsində növbətçi baş leytenant Karen Samveloviç Hovhanisyanın meyidi aşkar edilib. İlkin məlumata görə növbətçi zabit intihar həddinə çatdırılıb;
- Avqustun 31-də Lori vilayətində baş verən yol qəzasında Ermənistan ordusunun zabiti ölüb;
- Avqustun 31-də baş verən yol qəzasında işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birinin müqaviləli xidmət hərbi qulluqçusu Vazgen Qaqikoviç Xaçatryan ölüb;
- Sentyabrın 2-də işğal altında olan Qarabağın şimal istiqamətində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində, ilkin məlumata görə hərbi qulluqçu əsgər Vanik Arturoviç Qevorkyan intihar edib;
- Oktyabrın 1-də işğal altında olan Qarabağın cənub-şərq istiqamətində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində intihar həddinə çatdırılmaqla müddətli xidmət hərbi qulluqçusu əsgər Qevork Surenoviç Haroyan ölüb.



Ümumən 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Ermənistan ordusunun 36 hərbi qulluqçusunun ölüm faktı haqqında məlumat verilib.

Qeyd edək ki, 2017-ci ilin eyni dövrü, iyul-oktyabr ayları ərzində Errmənistan ordusunun, 8 fakt döyüş itkisi olmaqla, 17 hərbi qulluqçusunun ölüm faktı haqqında məlumat verilib.

Göstərilən hesabatdan fərqli olaraq, tərəfimizdən təqdim edilən hesabatda , iyul-oktyabr ayları ərzində erməni hərbi qulluqçuların ölüm faktı 18-dir.

Lakin Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi rəsmi mənbələrdən, KİV-lərdən, bəzi hallarda ölən hərbi qulluqçuların yaxınlarından əldə etdiyi məlumatlar əsasında 2018-ci ilin yanvar-sentyabr ayları ərzində (oktyabr, noyabr və dekabr ayları istisnadır) Ermənistan ordusunda baş verən ölüm hallarına dair hesabat hazırlayıb.

Hesabatda hazırda Ermənistan ordusunda 44 ölüm hadisəsinin qeydə alındığı bildirilir. Qeyd edək ki, HVAV tərəfindən hazırlanan hesabat faktiki olaraq digər mənbələr tərəfindən hazırlanan hesabtlarda ölüm hadisələrinin gzilədilməsini aşkara çıxarır.

Ermənistan ordusunda (işğal altında olan Qarabağda dislokasiya olunan bölmələr də daxil olmaqla) baş verən ölüm hadisələri hərbi xidmətlə əlaqəsi olan və olmayan iki qrupa bölünüb.

Qeyd edək ki, 44 ölüm hadisəsindən yalnız 34 hadisə barədə rəsmi və KİV-lərdən məlumat əldə etmək mümkün olub. Rəsmi məlumata görə, 34 hadisədən 27 hadisə hərbi xidmətlə bağlı olub, qalan 7 hadisə isə hərbi xidmətlə əlaqəli olmayıb.


Cədvəl №1. Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin və rəsmi məlumatların cədvəli

Baş verən 44 ölüm hadisəsindən 10 hadisə barədə ümumiyyətlə rəsmi məlumat verilməyib.


Cədvəl №2

Baş vermiş hadisələrdən 40 halda baş vermə yeri barədə məlumat əldə etmək mümkün olub. Belə ki, 21 hadisə (47%) işğal altında olan Qarabağda, 19 hadisə (43%) Ermənistanda baş verib ki, 4 hadisənin baş vermə yeri barədə isə (10 %) məlumat verilmir.

Digər 10 hadisə barədə isə heç bir açıq mənbələrdə məlumat əldə etmək mümkün olmayıb. Son 10 hadisə hərbi xidmətlə bağlı olub.

Hərbi xidmətlə əlaqəli olmayan hadisələr

Ermənistan ordusunda (işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan bölmələr də daxil olmaqla) baş verən 44 ölüm hadisəsindən 17 hal hərbi xidmətlə əlaqəsi olmayan ölüm halı hesab olunur. Bunlardan 9 hal avtoqəza, 7 hal səhhətində yaranan problemlər, 1 hal dəm qazından ölüm hadisəsidir. 17 hərbi qulluqçudan 12 nəfər müqaviləli hərbi qulluqçular, 4 zabit, 1 nəfər məzuniyyətdə olan müddətli xidmət hərbi qulluqçusu olub.

Hərbi xidmətlə əlaqəli olan hadisələr

Ermənistan ordusunda (işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan bölmələr də daxil olmaqla) baş verən 44 ölüm hadisəsindən 27 hal hərbi xidmətlə əlaqəsi olan ölüm halı hesab olunur. Bunlardan 7 hal atəşkəs rejiminin pozulması, 3 hal bədbəxt hadisə (1 ağac qırılması, 1 mina partlaması, 1 suda boğulma halı), 2 hal avtoqəza, 2 hal səhhətində yaranan problemlər, 5 hal öldürmə (1 hal bilərəkdən, 3 hal silahla davranış qaydalarının pozulması, 1 hal döyüş növbətçiliyi qaydalarının pozulmas), 8 hal özünəqəsd və ya intihar həddinə çatdırma nəticəsində baş verib.

Hərbi xidmətlə əlaqəli olan 27 ölüm hadisəsindən 20 nəfəri müddətli xidmət hərbi qulluqçusu, 6 nəfəri müqaviləli hərbi qulluqçu, 1 nəfəri isə zabit olub.


Cədvəl №3. Hərbi xidmətlə əlaqəli olan hadisələr


Cədvəl № 4. Hərbi xidmətlə əlaqəli olmayan hadisələr

Müqayisə üçün bildirək ki, 2017-ci ilin eyni dövründə 50 ölüm hadisəsi qeydə alınıb. Bunlardan 21 hal atəşkəs rejiminin pozulması, 9 hal özünəqəsd və ya intihar həddinə çatdırma, 5 hal səhhətində baş verən problemlər, 6 hal öldürmə, 4 hal bədbəxt hadisə, 4 hal avtoqəza, 1 hal xidmətə səhlənkar yanaşma nəticəsində baş verib.

Ermənistan cinayət məcəlləsinə görə açılan cinayət işlərinin bölgüsü

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Ermənistan ordusunda baş verən 44 ölüm hadisəsindən 31 ölüm hadisəsinə qarşı cinayət işi açılıb.

• 7 cinayət işi milli, irqi, və ya dini nifrət fanatizm motivi əsasında öldürmə maddəsinə uyğun,
• 7 cinayət işi təhdid, qəddar münasibət və ya şəxsi ləyaqətini mütəmadi alçaldılması yolu ilə şəxsi ölüm həddinə çatdırma maddəsinə uyğun,
• 4 cinayət işi diqqətsizlikdən ağır nəticələrə səbəb olan xidmətə səhlənkar yanaşma maddəsinə uyğun,
• 3 cinayət işi silahla davranış qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olması maddəsinə uyğun,
• 5 cinayət işi Yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma nəticəsində ölümə səbəb olma maddəsinə uyğun,
• 2 cinayət işi avtomobili idarəetmə və istismar qaydalarını pozma nəticəsində ölümə səbəb olma maddəsinə uyğun,
• 1 cinayət işi qanunsuz olaraq digər şəxsi bilərəkdən həyatdan mərhum etmə maddəsinə uyğun,
• 1 cinayət işi rəisin və ya vəzifəli şəxsin xeyli dərəcədə ziyan vurmasına, həmçinin tibbi yardım və qulluq edən tərəfindən vəzifə borclarını yerinə yetirməmə və ya lazımi səviyyədə icra etməmə, diqqətsizlikdən müalicə edilənin şəxsin ölümünə səbəb olmaqla xidmətə səhlənkar yanaşma maddəsinə uyğun,
• 1 cinayət işi hərbi vəziyyət, müharibə vaxtı və döyüş məqamında törədilən və ağır nəticələrə səbəb olan döyüş növbətçiliyinin aparılması qaydalarının pozulması maddəsinə uyğun.


Qeyd edilən 31 cinayət işinin hamısı ilkin istintaq məərhələsindədir.

2 hərbi qulluqçunun ölümü ilə əlaqədar cinayət materialları hazırlanmaqdadır.

5 hal üzrə isə cinayət işi açılmayıb.

6 hal üzrə isə cinayət işi açılması barədə məlumatlar isə məlum deyil.

Ölüm hadisələri barədə ətraflı məlumat

Cədvəl № 5








Xatırladaq edək ki, HVAV-ın yanvar-sentyabr aylarına qədər olan hesabatlarında qeyd olunur ki, daha öncə yayılan məlumatlardan fərqli olaraq 10 hərbi qulluqçunun həlak olması gizlədilib. Faktiki olaraq, HVAV-ın yaydığı rəqəm 44, digər mənbələrin məlumatı 35-dir. Yəni HVAV-ın açıqladığı kimi 44 ölüm hadisəsindən yalnız 34 hadisə barədə rəsmi və KİV-lərdən məlumat əldə etmək mümkün olub. Deməli 1 ölüm hadisəsi digər mənbələr tərəfindən gizlədilsə də, 1 hadisə rəsmi mənbələrin tərkibinə salınaraq verilib.

Ümumən tərəfimizdən təqdim edilən hesabatda isə yanvar-sentyabr ərzində 47 ölüm hadisəsinin qeydə alındığı göstərilib. Ümumiyyətlə baxsaq, yalnız bu aylar çərçivəsində düşmənin 3 ölüm hadisəsini gizlətdiyini görərik.

Noyabrın 1-dən 30-dək açıqlanan məlumatda isə, qeyd olunan dövr ərzində 6 ölüm faktının baş verməsi göstərilib ki, onlardan hamısı qeyri-döyüş itkiləridir.

Qeyri-döyüş itkiləri:

- Noyabrın 6-da işğal altında olan Ermənistanın Qarabağda qanunsuz dislokasiya olunan hərbi hissələrindən birində 2000-ci il təvəllüdlü Aristakes Eduardoviç Azatyan aldığı odlu silah yarası nəticəsində ölüb. Özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb;

- Noyabrın 7-də Gorus-Qubadlı yolunda "Kamaz" markalı hərbi avtomobilin aşması nəticəsində 4 hərbi qulluqçu, 1998-ci il təvəllüdlü Hayrapet Valodyaoviç Nairyan, 1998-ci il təvəllüdlü Hrant Araoviç Qasparyan, 1998-ci il təvəllüdlü Edqar Armenoviç Hunanyan, 1998-ci il təvəllüdlü Davit Benyaminoviç Melkonyan ölüb;

- Noyabrın 7-də qar uçqunu nəticəsində 1994-cü il təvəllüdlü müqaviləli hərbi qulluqçu Mher Hovsepyan ölüb.


Qeyd: Düşmən mənbələri dekabr ayına olan itki və yaralılara dair məlumat açıqlamayıb.

Şahin Qocayev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Yaralı   Güllələnmə   Qəza   Korrupsiya   Fərarilik  


Bizi "telegram"da izləyin