Ermənistan ordusunun 2018-ci ilin noyabr ayına olan itkiləri – CƏDVƏL

2018/12/photo-1545388791.jpg
Oxunub: 1539     14:51     21 Dekabr 2018    
Ermənistan ordusunun 2018-ci ilin noyabr ayına olan itkiləri açıqlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 1-dən 30-dək işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan bölmələr də daxil olmaqla Ermənistan ordusunun itkiləri haqqında məlumat yayılıb.

Məlumatda, qeyd olunan dövr ərzində 6 ölüm faktının baş verməsi göstərilib ki, onlardan hamısı qeyri-döyüş itkiləridir.

Qeyri-döyüş itkiləri:

- Noyabrın 6-da işğal altında olan Ermənistanın Qarabağda qanunsuz dislokasiya olunan hərbi hissələrindən birində 2000-ci il təvəllüdlü Aristakes Eduardoviç Azatyan aldığı odlu silah yarası nəticəsində ölüb. Özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb;

- Noyabrın 7-də Gorus-Qubadlı yolunda "Kamaz" markalı hərbi avtomobilin aşması nəticəsində 4 hərbi qulluqçu, 1998-ci il təvəllüdlü Hayrapet Valodyaoviç Nairyan, 1998-ci il təvəllüdlü Hrant Araoviç Qasparyan, 1998-ci il təvəllüdlü Edqar Armenoviç Hunanyan, 1998-ci il təvəllüdlü Davit Benyaminoviç Melkonyan ölüb;

- Noyabrın 7-də qar uçqunu nəticəsində 1994-cü il təvəllüdlü müqaviləli hərbi qulluqçu Mher Hovsepyan ölüb.

Ümumən 2018-ci ilin yanvar-noyabr ayları ərzində Ermənistan ordusunun 42 hərbi qulluqçusunun ölüm faktı haqqında məlumat verilib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Noyabr  


Bizi "telegram"da izləyin