Ermənistan XİN rəhbərinin müavini Avropa İttifaqının yeni missiya rəhbərini qəbul edib

2026/06/1781872620.jpg
Oxunub: 168     16:34     19 İyun 2026    
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Avropa İttifaqının Ermənistandakı tərəfdaşlıq missiyasının yeni təyin olunmuş rəhbəri, səfir Kosmin Corc Dineskunu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kostanyan Avropa İttifaqının Xarici Əlaqələr Şurasının Ermənistanda yeni missiyanın yerləşdirilməsi barədə qərarını alqışlayıb.

O, missiyanın kibertəhdidlərə, dezinformasiyaya və qanunsuz maliyyə axınlarına qarşı Ermənistan ilə Avropa İttifaqı arasında əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacağını vurğulayıb.

Qeyd edilir ki, görüş zamanı tərəflər missiyanın imkanlarının tam formalaşdırılması üçün atılmalı olan addımları müzakirə ediblər.

“Həmsöhbətlər missiyanın mandatından irəli gələn tədbirlərin həyata keçirilməsində Ermənistan tərəfi ilə səmərəli əməkdaşlığın vacibliyini qeyd ediblər.

Vahan Kostanyan Kosmin Corc Dineskuya fəaliyyətində uğurlar arzulayaraq Ermənistan tərəfinin missiyanın formalaşmasına dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin