Ermənistan ordusunun 2018-ci ilin iyul-oktyabr ayına olan itkiləri – CƏDVƏL

2018/11/photo-4624724679.jpg
Oxunub: 1526     11:11     07 Noyabr 2018    
Ermənistan ordusunun 2018-ci ilin iyul-oktyabr ayına olan itkiləri açıqlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 1-dən oktyabrın 31-dək işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan bölmələr də daxil olmaqla Ermənistan ordusunun itkiləri haqqında məlumat yayılıb.

Məlumatda, qeyd olunan dövr ərzində 12 ölüm faktının baş verməsi göstərilib ki, onlardan da 3-ü döyüş itkisidir.

Döyüş itkiləri:

- Sentyabrın 19-da Ermənistanın şimal-şərq istiqamətində dislokasiya olunan hərbi hissələrindən birində atəşkəsin pozulması nəticəsində müqaviləli hərbi qulluqçu əsgər Haykaz Babkenoviç Matevosyan ölüb;
- Sentyabrın 22-də işğal altında olan Qarabağın cənub istiqamətində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində atəşkəsin pozulması nəticəsində müddətli xidmət hərbi qulluqçusu əsgər Artsax Mheroviç Hovsepyan ölüb;
- Sentyabrın 26-da işğal altında olan Qarabağın şimal istiqamətində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində döyüş növbətçiliyi qaydalarının pozulması nəticəsində müddətli xidmət hərbi qulluqçusu əsgər Ağasi Derenikoviç Mkrtçyan ölüb.

Qeyri-döyüş itkiləri:

- İyulun 24-də döyüş mövqeyində Ermənistan ordusunun müddətli xidmət hərbi qulluqçusu Jora Vahakoviç Petrosyan, ilkin məlumata görə əsgər yoldaşının silahla təhlükəsiz davranışı nəticəsində aldığı odlu silah yarasından ölüb;
- İyulun 29-da Sünik vilayətində baş verən yol qəzasında Ermənistan ordusunun müqaviləli xidmət hərbi qulluqçusu Armen Minasyan ölüb;
- Avqustun 5-də işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birinin müqaviləli xidmət hərbi qulluqçusu Armen Raşidoviç Hovakimyan göldə boğularaq ölüb;
- Avqustun 9-da Lori vilayətində baş verən yol qəzasında Ermənistan ordusunun zabiti Artak Qriqoryan ölüb;
- Avqustun 29-da Ermənistan ordusunun hərbi hissələrindən birinin növbətçi hissəsində növbətçi baş leytenant Karen Samveloviç Hovhanisyanın meyidi aşkar edilib. İlkin məlumata görə növbətçi zabit intihar həddinə çatdırılıb;
- Avqustun 31-də Lori vilayətində baş verən yol qəzasında Ermənistan ordusunun zabiti ölüb;
- Avqustun 31-də baş verən yol qəzasında işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birinin müqaviləli xidmət hərbi qulluqçusu Vazgen Qaqikoviç Xaçatryan ölüb;
- Sentyabrın 2-də işğal altında olan Qarabağın şimal istiqamətində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində, ilkin məlumata görə hərbi qulluqçu əsgər Vanik Arturoviç Qevorkyan intihar edib;
- Oktyabrın 1-də işğal altında olan Qarabağın cənub-şərq istiqamətində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində intihar həddinə çatdırılmaqla müddətli xidmət hərbi qulluqçusu əsgər Qevork Surenoviç Haroyan ölüb.


Ümumən 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Ermənistan ordusunun 36 hərbi qulluqçusunun ölüm faktı haqqında məlumat verilib.


2017-ci ilin eyni dövrü, iyul-oktyabr ayları ərzində Errmənistan ordusunun, 8 fakt döyüş itkisi olmaqla 17 hərbi qulluqçusunun ölüm faktı haqqında məlumat verilib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İtki  


Bizi "telegram"da izləyin