Netanyahu: “İsrail Livanın cənubundan qoşunlarını çıxarmayacaq”

2026/06/1780938507.jpg
Oxunub: 235     16:27     19 İyun 2026    
İsrail Livanda hərbçilərinə qarşı həyata keçirilən istənilən hücuma cavab verəcək və qoşunlarını Livanın cənubundan çıxarmaq niyyətində deyil.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.

Onun sözlərinə görə, səhər saatlarında müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamirlə müşavirə keçirərək Livana endirilən gecə zərbələrindən sonra yaranmış vəziyyəti müzakirə edib.

“Tapşırığım tamamilə aydındır. İsrail hərbçilərimizə və ya ərazimizə qarşı hücumlara dözməyəcək və “Hizbullah”ı bu hücumlara görə çox ağır bədəl ödəməyə məcbur edəcək. İsrail Müdafiə Qüvvələri qüvvələrimizə və ərazimizə qarşı istənilən təhdidin qarşısını almaq üçün tədbirlər görəcək”, - deyə Netanyahu bildirib.

Baş nazirin sözləri hökumət rəhbərinin ofisi tərəfindən yayılıb.

Netanyahu əlavə edib ki, İsrail ölkənin şimal yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün lazım olduğu müddətdə Livanın cənubundakı təhlükəsizlik zonasında qalacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin