Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri – AYLIQ HESABAT

2018/10/34534-1540967898.jpg
Oxunub: 2342     10:22     31 Oktyabr 2018    
Ordu.az 2018-ci ilin oktyabrın 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Oktyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 2 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i intihar, 1-i qəza nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 11 düşmən hərbçisi (6-sı qəza, 4-ü döyülmə, 1-i təxribata cəhd) yaralanıb. Bununla yanaşı, ən azı 1 fərarilik, 1 korrupsiya faktı da aşklarlanıb.

1 oktyabr

Saat 10:50 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində, 1997-ci il təvəllüdlü erməni əsgəri Qevork Surenoviç Haroyan bölüyün silah otağında ona təhkim edilmiş silahla döş qəfəsi nahiyəsindən atəş açıb.

O, təxliyyə edildiyi hərbi hospitalda saat 15:05 radələrində ölüb.

15 oktyabr

Ermənistanın Kotayk vilayətində müdafiə nazirliyi və polis idarəsinin əməkdaşlarının avtomobilləri toqquşub.

Saat 17:30 radələrində Kotayk vilayətinin Crvej-Zoraxpyur yolunda 29 yaşlı Albert Piliposyanın idarə etdiyi "Mercedes" markalı 22 ՍՏ 082 nömrə nişanlı və 23 yaşlı Vahe Avaqyanın idarə etdiyi "Opel" markalı 35 GN 720 nömrə nişanlı avtomobillər toqquşub. Qəza nəticəsində azyaşlı uşaq xəstəxanaya təxliyyə edilib.

Məlumata görə, "Mercedes" markalı avtomobilin sürücüsü polis idarəsinin qulluqçusu, "Opel" markalı avtomobilin sürücüsü isə müdafiə nazirliyinin hərbi qulluqçusu olduğuna görə hadisənin baş vermə səbəblərini araşdırmağa hərbi polis də cəlb edilib.

16 oktyabr

Saat 17:40 radələrində İrəvan-Meğri yolunun Meğri şəhər inzibati ərazisində İran İslam Respublikasına aid olan SCANİA markalı yük avtomobili VAZ-2107 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 4 nəfərdən ibarət ailə üzvü (3 yaşlı uşaq, atası, anası və xalası da daxil olmaqla) hadisə yerində ölüb.

Məlumata görə, VAZ-2107 markalı avtomobilin sürücüsü, Aqarak şəhər sakini 30 yaşlı Tsovak Xaçatryan Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusudur.

22 oktyabr

İşğal olunmuş Ağdərə yaşayış məntəqəmizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində nizamnamədənkənar münasibətlər zəminində növbəti cinayət törədilib.

Ermənistan vətəndaşı, milliyyətcə kürd olan, 1999-cu il təvəllüdlü Şahid Əhmədliyan Qarabağdan olan erməni əsgərlər tərəfindən vəhşicəsinə döyülüb. Bununla əlaqədar onun atası Kərəm Əhmədilyan xəbər verib.

Məlumata görə, oğlunun döyülüb xəsarətlər alması azmış kimi, üstəlik ona susması üçün təzyiqlər olduğundan əsgərin atası K.Əhmədilyan Ermənistan Müdafiə Nazirliyinin “qaynar xətti”nə də zəng edib.

*****

İşğal olunmuş Xocalı yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində daha bir rüşvət qalmaqalı baş verib.

Hərbi hissənin əsgəri Jora Aleksanyanı məzuniyyətə buraxmaq üçün zabitlər onun valideynindən 300 ABŞ dolları rüşvət tələb ediblər.

J.Aleksanyanın yaxın qohumu bu barədə xəbər verib və bildirib ki, bundan qəzəblənən əsgər valideynləri rüşvət müqabilində hərbi hissələrdən bir çox əsgərlərin məzuniyyətə buraxılmalarının adı hala çevrildiyini prokurorluğa ünvanladıqları məktubda qeyd ediblər.

Hərbi prokurorluq tərəfindən geniş araşdırma aparılır və faktlar təsdiqini taparsa bir neçə vəzifəli hərbçinin cinayət məsuliyyətinə cəlb ediləcəyi istisna edilmir.

*****

İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində baş alıb gedən özbaşınalıq səbəbindən şəxsi heyət arasında nizamnamədənkənar münasibətlər zəminində cinayətlərin sayı artmaqda davam edir.

Bu günlərdə artilleriya təyinatlı hərbi hissənin yeməkxanasında gənc əsgərlərlə Qarabağdan olan erməni hərbçilər arasında kütləvi dava olub.

Dava nəticəsində bir neçə nəfərin ağır yaralandığı, çoxlu sayda əsgərin yüngül xəsarət aldığı bildirilir. Kütləvi davanın ən fəal iştirakçıları həbs edilib.

23 oktyabr

Saat 12:10 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində qanunsuz olaraq dislokasiya olunan erməni hərbi hissələrindən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgər 1999-cu il təvəllüdlü Havk Qriqoryeviç Sarkisyan yaralanıb.

Məlumata görə, Hayk Qriqoryeviç Sarkisyan hərbi hospitala köçürülüb, onun vəziyyəti kafi olaraq qiymətləndirilir.

*****

Saat 19:50 radələrində Vayots Dzor vilayətinin Yeğeqnadzor şəhərinin küçələrindən birində şəhər sakini 29 yaşlı Smbat Qazaryanın idarə etdiyi BMW markalı avtomobil və Malişka kənd sakini 37 yaşlı Arman Soğomonyanın idarə etdiyi ВАЗ 2106 markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və BMW markalı avtomobilin sərnişini Ağavnadzor kənd sakini 38 yaşlı Armen Beqlaryan xəstəxanaya təxliyyə edilib.

Məlumata görə, ВАЗ 2106 markalı avtomobilin sürücüsü Malişka kənd sakini 37 yaşlı Arman Soğomonyan Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət edir.

25 oktyabr

Ermənistan ordusunda hərbi hissə komandiri fəarilik etdiyinə görə həbs edilib.

Məlumata görə, hərbi qulluqçu Hamlet Poğosyana qarşı ittiham irəli sürülüb. Belə ki, Poğosyan Ermənistan müdafiə nazirliyinin tabeliyindəki hərbi hissələrdən birində 3-cü motoatıcı taborun komandiri vəzifəsində hərbi xidmətdə olmaqla 19-29 noyabr 2017-ci il tarixləri arasında qısa müddətli məzuniyyətdə olub.

Lakin məzuniyyət bitdikdən sonra 30 noyabr 2017-ci ildə hərbi hissəyə qayıtmalı olduğu halda, xidmət yerinə qayıtmayıb.

Nəticədə ilkin araşdırma orqanı ona qarşı həbs qəti imkan tədbiri seçib və cinayət məcəlləsinin müvafiq fərarilik maddəsi ilə cinayət işi açıb. Bu hərəkətinə görə Poğosyan 3-6 il müddətinə həbs edilə bilər.

29 oktyabr

Saat 20:00 radələrində Berd-İcevan yolunda Berd şəhər sakini, 39 yaşlı Vardan Cağaryanın idarə etdiyi ВАЗ 21015 markalı avtomobillə "Ford Transit" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 4 nəfər bədən xəsarətləri ilə Berd şəhərindəki hərbi hospitala təxliyyə edilib.

Hospitalda ВАЗ 21015 markalı avtomobilin sürücüsü 39 yaşlı Vardan Cağaryan aldığı bədən xəsarətlərindən ölüb.

Qəzada xəsarət alanların hərbi hospitala təxliyyə edildiklərinə görə hərbçi olduğu ehtimal olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İtki   Fərarilik   Yaralanma  


Bizi "telegram"da izləyin