Ermənistan ordusunda itki, yaralanma, fərarilik və qəza hadisələri – AYLIQ HESABAT

2018/02/1500297442_1491831450herb_149924266945645645_150951915834534_1512026483_1519798193.jpg
Oxunub: 3863     14:10     28 Fevral 2018    
Ordu.az 2018-ci ilin fevralın 1-dən 28-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, xəsarət, özünəqəsd, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Fevral ayının nəticələrinə görə, Ermənistan ordusunda ölüm hadisəsi qeydə alınıb ki, onlardan 3-ü təxribata cəhd nəticəsində, 2-si naməlum şəraitdə baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə silahla davranma qaydalarının pozulması, intihara cəhd, döyülmə və qəza nəticəsində ən azı 18 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 1 fərarilik və 1 korrupsiya faktı da aşklarlanıb.

1 fevral

İşğal altında olan ərazilərimizdə yerləşən düşmən ordusunun bölmələrindən birində xidmət edən əsgər Levon Tağmasyan adlı əsgər xəsarət aldığı üçün hərbi hospitala yerləşdirilib. Erməni komandanlıq baş vermiş hadisəni gizlətməyə çalışsa da gənc əsgər L.Tağmasyanın sol ayağından ağır zədə aldığı və müalicəyə göndərildiyi bildirilir.

*****

Daha bir hadisə nəticəsində bir erməni əsgərin xəsarət aldığı məlum olub. Adı və soyadı məlum olmayan əsgərin öldüyü, yaxud sağ qaldığı barədə də hələlik heç bir rəsmi xəbər verilmir.

Sosial şəbəkələrdə məlumat paylaşan şəxsin bildirdiyinə görə, işğal altında olan Qarabağda qulluq edən, adı gizlədilən hərbi qulluqçu "KAMAZ" markalı avtomobilin altında qalıb və başı əzilib. Hadisənin maşının nasazlığı səbəbindən baş verdiyi iddia olunur.

*****

Bu günlərdə Sovetaşen yaşayış məntəqəsindən olan Levon Mkrtçyan adlı hərbçinin xidmət yerini özbaşına tərk etdiyi barədə erməni sosial şəbəkələrində məlumat paylaşılıb.

*****

Bu gün saat 08:30 radələrində İrəvanda 43 yaşlı Q.H adlı şəxs bıçaq yarası ilə xəstəxanalardan birinə təxliyyə edilib. Yaralı İrəvan sakini olan polkovnik-leytenant rütbəli zabitin Ermənistan ordusunun aviasiya qoşunlarında qulluq etdiyi məlum olub.

Onun ağciyər nahiyəsində kəsilmiş-deşilmiş yara diaqnozu ilə daxil olan şəxsin əməliyyatı aparılır. Hadisəni törədən 39 yaşlı Q.Vardan adlı Abovyan şəhər sakini saxlanılıb.

2 fevral

Saat 13:28 radələrində Tavuş vilayətinin Karmiraxpyur kəndinin yaxınlığında yol nəqliyyat hadisəsi baş verib. Dövlət nömrə nişanı olmayan VAZ-2121 markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, yaxınlıqdakı dərəyə 20 metr yuvarlanıb.

Xilasetmə heyəti gələnədək yerli qüvvələrin köməyi ilə sürücü Q.Q avtomobildən çıxarılaraq, Berd şəhər hərbi hospitalına təxliyyə edilib. Onun vəziyyəti kafi qiymətləndirilib. Ermənistan müdafiə nazirliyi yaralanan hərbi qulluqçu haqqında məlumat verməyib.

7 fevral

İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrin birinin tank əleyhinə taqımın hərbi qulluqçusu xidmətdə məruz qaldığı təhqirlərə dözməyərək, sıra meydanında məşqlər vaxtı ilk olaraq taqım komandirini avtomatla vurmaqla hədələyib.

Sonradan hərbçi yoldaşları tərəfindən sakitləşdirilən əsgər Armen Sarkisyan özünə atəş açıb. Aldığı yaranın həyati qorxusu olmasa da hərbi qulluqçu A.Sarkisyanın əlinin amputasiya edildiyi bildirilir.

*****

Daha bir hadisə saat 13:50 radələrində, işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Hayk Razmik Kalantaryan məhv edilib.

*****

Cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

*****

Saat 14:15 radələrində, Xankəndi hospitalında erməni əsgəri 1999-cu il təvəllüdlü Hayk Serqeyi Hakopyan ölüb. Onun xəstəlik səbəbindən öldüyünü bildirir.

Xatırladaq ki, düşmən cəbhə xəttinin Fizuli istiqamətində təxribata cəhd edərkən bir nəfər itki və iki nəfər yaralı verməklə geri çəkilib. Azərbaycan Müdafiə Naizirliyi tərəfindən məlumat təsdiqlənsə də Ermənistan məlumatları təkzib etmişdi.

9 fevral

İşğal altında olan Ağdərə ərazisində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində yenə də yerlibazlıq üstündə əsgərlər arasında insident baş verib.

İrəvandan olan erməni əsgərlə, Qarabağdan hərbi xidmətə çağrılan hərbçi arasında başlayan mübahisə sonda davaya çevrilib. Bir-birini nalayiq söyüşlərlə təhqir etdikdən sonra, erməni əsgərlər əlbəyaxa olublar. Nəticədə hər iki hərbçi, Qasparyan və Aleksandr Sarqsyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

11 fevral

Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib.

Fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus “UAZ” markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.

Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan “UAZ” avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib.

12 fevral

Ermənistan ordusunun hərbi qulluqçusu Stepan Stepanyan 2018-ci il fevralın 12-də hərbi hospitalda ölüb.

Bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan məlumat verib. O, hərbi qulluqçunun ölüm səbəbləri barədə məlumat verməyib.

14 fevral

Ermənistanın Qeğarkunik vilayətində fevralın 13-ü axşam saatlarında iri yol nəqliyyat hadisəsi baş verib. Sevan şəhəri (Göyçə-red) ərazisində 3163-17-10 dövlət nömrəli (sükan arxasında 2 yaşlı F.David ) UAZ və 34 VZ 869 dövlət nömrəli (sükan arxasında 27 yaşlı Ç. Aram) “Grand Cherokee” avtomobilləri toqquşub.

Qəza nəticəsində ikinci maşının sərnişinləri – 31 yaşlı Artur Ç. və 21 yaşlı Asmik A. Xəsarat alıblar. Məlumata görə, F. David (mayor) Ermənistan İstintaq Komitəsi Baş Hərbi İstintaq İdarəsinin rəisidir.

17 fevral

Ermənistanda hərbi qulluqçu azyaşlıya şagirdə təcavuz edib. Sünik vilayətinin polis idarəsinin şöbəsi tərəfindən 16 yaşlı qıza təcavuz edilməsi faktı üzrə araşdırmalara başlanılıb.

Məlum olub ki, Ermənistan ordusunun N nömrəli hərbi hissəsinin 19 yaşlı hərbi qulluqçu, xidmət etdiyi yerin inzibati ərazisinə aid şəhər məktəbinin 8-ci sinif şagirdi ilə cinsi münasibətdə olub. Araşdırma zamanı həkimlərin verdiyi məlumata görə azyaşlı hamilədir.

19 fevral

İşğal altında olan ərazilərimizdə yerləşdirilən düşmən ordusunun qanunsuz bölmələrindən birində daha bir cinayət hadisəsi qeydə alınıb. Ermənistan ordusunun əsgəri Andrey Xalatyan hərbi xidmətdə mövcud olan şəraitə dözməyərək özünə xəsarət yetirib.

Yerevan hərbi komissarlığından xidmətə çağırılan əsgər, hadisə ilə bağlı araşdırma aparan zabitə izahatında hərbi hissədəki dözülməz şərait səbəbindən bu addımı atdığını bildirib.

*****

Daha bir hadisə işğal altında olan Ağdərə rayonu ərazisində yerləşən qanunsuz hərbi hissələrin birində qeydə alınıb. Düşmən ordusunun 6-cı taborunda xidmət edən Edqar Manukyan yaralanıb.

Erməni hərbçisi Edqar Manukyanın yaralanması faktının müxtəlif mənbələr tərəfindən təsdiqlənməsinə baxmayaraq, bu barədə heç bir rəsmi açıqlama verilməyib.

*****

İşğal altında olan Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində rüşvət tələbetmə faktı ilə bağlı növbəti biabırçı qalmaqal qeydə alınıb.

Bu barədə məlumatı əsgərin qohumu, sosial şəbəkə istifadəçisi, Yerevan şəhər sakini Vahe Amiryan öz səhifəsində yerləşdirib.

Erməni əsgərin valideynləri övladlarının xidmət yerini dəyişmək barədə müraciət ediblər. Məsələni həll etmək üçün erməni zabit əsgərin valideynlərindən pul tələb edib. Nəticədə, pulu ödəyə bilməyən əsgər komandiri tərəfindən vəhşicəsinə döyülüb və taborun tibb məntəqəsinə yerləşdirilib.

20 fevral

Gecə vaxtı Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində 19 yaşlı Davit Kamalyan odlu silah yarası alıb. Əldə edilən məlumatlara görə, ona digər əsgər yoldaşlarından biri atəş açıb.

21 fevral

İcevanda yerləşən hərbi hissənin müddətli xidmət hərbi qulluqçusu, Kotayk vilayətinin Qarni kənd sakini Stepan Stepanyan ölüb. Bunu Qarni kənd icra nümayəndəsi Aharon Sahakyan bildirib.

Onun sözlərinə görə, erməni əsgəri 4-5 gün əvvəl dəfn edilib. Ölən əsgərin ailə vəziyyətinin sosial cəhətdən ağır olduğunu qeyd edilib. Əsgərin ölüm səbəbinin götürülən analizlərin cavabından, yəni 40 gündən sonra məlum olacağını bildirilib.

*****

Cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.

22 fevral

Saat 09:40 radələrində, işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Qriqor Karapet Yeğoyan məhv edilib.

*****

Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində təxribata cəhd edən erməni əsgəri yaralanıb. Saat 12:00 radələrində Ermənistanın şimal-şərq sərhəddində təxribata cəhd edən 19 yaşlı erməni əsgəri yaralanıb.

Məlumata görə, erməni əsgəri sağ çiyin nahiyəsindən odlu silah yarası alıb və hazırda Ermənistan mərkəzi klinik hospitaldadır.

*****

Daha bir əsgər yaralanması Ermənistanın Berd rayonu ərazisində yerləşən hərbi hissələrdən birində baş verib. Berd rayon hərbi hospitalında aparılan cərrahiyə əməliyyatı nəticəsində onun sağ ağciyərin yarısı götürülüb.

Məlumata görə, erməni hərbi qulluqçu 22 fevral tarixində İrəvan mərkəzi hərbi hospitalına təxliyyə edilib. O, Qafan şəhər sakinidir. İlkin məlumata görə, o, əsgər yoldaşı ilə zarafat zamanı avtomatdan açılan atəş nəticəsində yaralanıb.

25 fevral

İşğal altında olan Əsgəran yaşayış məntəqəsində yerləşdirilmiş düşmən ordusunun bölmələrindən birinin əsgəri Qaqiq Mehrabyan axşam saatlarında odlu silahdan atəş açmaqla özünü ayağından yaralayıb. Sosial şəbəkədə hadisə barədə məlumat yayılsa da, rəsmi məlumat verilməyib.

*****

Ermənistan ordusunun milliyətcə yezidi kürd olan hərbi qulluqçusu xidmət yoldaşları tərəfindən döyülüb. Hadisə işğalçı ordunun Ağdərə yaşayış məntəqəsində yerləşdirilmiş 6-cı alayın bölmələrindən birində baş verib. Hadisə ictimaiyyətdən gizlədilsə də hərbçinin ailəsi bundan xəbər tutub və əgər məsələ ört-basdır edilərsə yuxarı instansiyalara şikayət edəcəklərini bildiriblər.

26 fevral

İşğal altında olan Cəbrayıl rayonu ərazisində yerləşdirilən düşmən ordusunda qulluq edən hərbçilər arasında kütləvi dava baş verib. Yerlibazlıq zəminində baş verən hadisə zamanı bir neçə nəfərin müxtəlif zədələr aldığı məlum olub. İlkin məlumata əsasən davanın ən fəal üzvləri olan hərbi qulluqçular Armen Sarqsyan, Armen Hovsepyan və Harutyun Torosyan həbs edilib.

*****

Nizamnamədən kənar münasibətə görə 2 erməni hərbçisi cinayət məsuliyyətinə cəlb olunub. Eyni taborda xidmət edən müqviləli hərbi qulluqçular Samvel Cahangiryan və Sasun Danielyan arasında sonradan davaya çevrilən mübahisə baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İtki   Fərarilik   İntihar  


Bizi "telegram"da izləyin