Paşinyandan seçkiqabağı “İsgəndər E” kampaniyası – 8 SUAL (EKSPERT)

2018/12/34534-1544270243.jpg
Oxunub: 1291     15:53     08 Dekabr 2018    
Rusiyanın heç öz ordusunun tam həcmdə “İskəndər” OTRK ilə təchizatını başa çatdırmadan, etibar edilməsi mümkün olmayan Ermənistana ödəniş imkanları məhdud olduğuna görə 200 milyon kredit ayıraraq bu kompleksləri verməsi, həm yerli, həm də Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Belarusun bu komplekslərin satın alınması üçün Moskvadan müsbət cavab almaması münasibətlərin soyumasına və “Polonez” kimi “cərrahi” dəqiqliyə malik YARS-ın istehsalına səbəb oldu. Nəticədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə OTRK keyfiyyətlərinə malik “Polonez” YARS kompleksinin tədarükü məsələsi də tam həllini tapdı. Silahlı Qüvvələrimizdə ən azı bir ədəd artilleriya divizionunun “Polonez”lə təchiz edildiyini, yəni azından bu kompleksin 18 ədəddən ibarət dəstini qəbul edəcəyini qeyd edə bilərik. Tədarükün davam edəcəyi istisna deyil. Ardınca isə LORA-ların əldə edilməsi son nöqtəni qoydu.

Hazırda erməni KİV-lərində parlament seçkiləri öncəsi aparılan təbliğat kompaniyasının bir hissəsi olaraq müxtəlif silah sistemlərinin təlimlərdə tətbiqinə aid materiallar və xəbərlər gündəmi zəbt etməkdədir. Əlindəki silah sistemlərinin içində ən vacibi olan “İskəndər-E” və “Skad” raketlərindən təlim atışlarının keçirildiyi illüziyasını yaradan Ermənistan ordusunun rəhbərliyi hədəflərin hansı dəqiqliklə vurulduğunu nümayiş etdirmir.

Xatırladım ki, bu tip sınaqlar adətən təhlükəsiz məsafədən təyyarə və ya PUA vasitəsilə izlənilir, qeydə alınır. Zərbə endiriləcək hədəfin özü (ölçüləri də qeyd edilə bilər) mümkün yayınma ehtimalı nəzərə alınmaqla genişləndirilən kontur daxilində yerləşdirilir. Yerüstü kameralar isə kənardan həm raketin enmə trayektoriyasında manevrlərini, həm zərbə anını, həm də zərbənin vurduğu zərərin miqyasını qeydə almalıdır. Yayılan videogörüntülərdə 3-5 ekipaj üzvünün xaotik hərəkətlərini nəzərə almasaq deyə bilərik ki, bu sınaqlar həqiqətən də keçirilib. Burada bir neçə sual yaranır:

1. Paşinyan bir neçə həftə öncə “İsgəndər” kompleksini icazəsiz istifadə edə bilmədiklərinə görə şikayət edirdi. Nə baş verdi ki, anidən Ermənistana bu kompleksdən atəş açmağa icazə verildi?
2. Niyə seçkilərdən bir ay əvvəl bu tip komplekslərin tətbiqi ilə bağlı materiallar yayımlanmırdı?
3. Ermənistan silahlı qüvvələrinin əsgərləri “İsgəndər” kompleksinin tətbiqi və atəşinin keçirilməsi vərdişlərini harada və nə zaman əldə ediblər?
4. Rusiyalı mütəxəssislərin iştirakının gizlədilməsinin səbələri nədən ibarətdir?
5. Sirr deyilsə, sınaq atışlarının keçirildiyi 500 km-lik poliqon “Böyük Ermənistan”ın hansı bölgəsində yerləşir?
6. Raket buraxılışının trayektoriyası, dəqiqliyi və effektivliyi barədə kadrların gizlədilməsi sınaqların uğursuz olması ilə bağlı ola bilərmi?
7. Bu komplekslərin dəqiq təyinatı barədə Ermənistan ictimaiyyəti məlumatlıdırmı?
8. “İsgəndər” kompleksinin Ermənistan ərazisində yerləşməsindən ruhlanan ordu komandanlığının, bu raketlərin 2008-ci ildə Rusiya və Gürcüstan arasındakı “5 günluk müharibə” çərçivəsində tətbiqi faktlarından xəbəri varmı?

Son suala özüm cavab yazım. Rəsmi mənbələrin məlumatına görə, 5-günlük Rusiya- Gürcüstan müharibəsində istifadə edilən “İskəndər” raketlərindən biri ilə gürcülərin Qori şəhərinin televiziya qülləsinin yanındakı "Pion" özüyeriyən artilleriya batareyasının mövqelərinə zərbə endirilib. Lakin kəşfiyyat məlumatı yanlış olduğundan (zərbə anında batareya mövqelərini çoxdan dəyişib) raket boş bir ərazidə yerə düşüb. Bu azmış kimi, döyüş başlığı normal rejimdə çalışmayıb, çünki ona aid elementlərin bəziləri Qorinin mərkəzində tapıldı. İkinci “İsgəndər”raketi ilə Marneuli aerodromuna zərbə endirildiyi iddia olunsa da bunun təsdiqi barədə heç bir məlumat yoxdur. Qori şəhərinin mərkəzində yerləşən Stalinin heykəlinin 30 metrliyində başlığı yerə düşən 3-cü “İskəndər M” raketinin bəzi hissələri isə şəxsi yaşayış evinə tuş gəldi.

Nəzərinizə çatdırım ki, “M” versiyası 5-7 metr yayınma ehtimalı ilə beyinlərimizə yeridilir. Lakin “İsgəndər” raketlərinin real döyüşdə tətbiqi nəticəsində insan tələfatı qeydə alınsa da, OTRK-ya layiq strateji, heç olmasa ciddi bir uğur hələ ki, əldə edilməyib. “İsgəndər” OTRK bəlli bir istiqamətdə döyüş balansını tam tərsinə dəyişə bilən bir silah kimi təqdim edilsə də 5-6 kv.metr asfaltı dağıtmaq və iki kilometr yayınma ilə aralıda yerləşən yaşayış evinə sərxoş dana kimi girmək və partlamamaq miyon dollardan çox dəyəri olan OTRK-ya yaraşmır. Bilirəm bəziləri dərhal Cənub Dairə Komandanlığının yaydığı kimi, bu “İskəndər” deyildi, “Toçka-U” idi deyərək (sanki “Toçka-U” OTRK deyil, sıradan bir raketdir və iki kilometr hədəfdən yayına bilər) irad tutmağa çalışacaq.

Hücum zamanı Poti limanın hədəf alındığı bəlli idi, lakin bu raketlərin boş Qori şəhərinin mərkəzinə, Stalinin heykəlinə atılması tam absurd qərar idi. Ehtimal etmək olar ki, hədəflərə tuşlanan raketlər ya operator səhvindən, ya da nasazlıq səbəbindən belə bir biabırçı nəticələr göstərib. Lakin bütün operatorların eyni səhvlərə yol verməsi də inandırıcı deyil.

Hədəfdən yayınan raketlərin qalıqlarını dərhal toplamaq üçün əraziyə Rusiyanın 58-ci Ordusunun xüsusi təyinatlı briqasının şəxsi heyəti cəlb edildi. Lakin raket qalıqlarının böyük radiusda paylanması bütün hissələri toplamağa imkan vermədi.

2017-ci ilin mayında Tacikistanda keçirilən "Düşənbə-Antiterror" təlimlərində, 2017-ci ilin dekabrında isə Suriyada istifadə edilən “İsgəndər” kompleksinin zərbə effektivliyini və dəqiqliyini sübut edən faktlar açıq mətbuatda mövcud deyil. Ən azından bu komplekslərin nüfuzunu xilas edəcək bir fakta belə rast gəlmək mümkün deyil.

Mən də bu faktları “İskəndər” raketlərini çox ciddi bir silah hesab edən bəzi erməni ekspertlərin nəzərinə çatdırdım. Və biz “İsgəndər E”dən danışmağa belə lüzum görmədik.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: İsgəndər-E   Ermənistan   Rusiya  

Paşinyandan seçkiqabağı “İsgəndər E” kampaniyası – 8 SUAL (EKSPERT)

2018/12/34534-1544270243.jpg
Oxunub: 1294     15:53     08 Dekabr 2018    