Ordu.az xəbər verir ki, bu sözləri Robert Köçəryan ofisinin rəhbəri Viktor Soğomonyan Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın seçkiqabağı təbliğat kompaniyasında səsləndirdiyi bəyanatlara cavab verərkən bildirib.
Xatırladaq ki, Paşinyan çıxışında bu ifadələri səsləndirib: "Bir dəfə hələ deputat olarkən demişəm ki, Serj Sarkisyan və Robert Köçəryan 1999-cu ildə Vazgen Sarkisyandan, bölgənin ən döyüş qabiliyyətli olduğu qəbul edilən ordunu miras olaraq təhvil alıblar. İndi siz deyin Robert Köçəryan və Serj Sarkisyanın, xüsusilə Serj Sarkisyanın hakimiyyəti dövründə hakimiyyətin hər hansı nümayəndəsi tərəfindən Ermənistan silahlı qüvvələri bölgənin ən döyüş qabiliyyətli ordusudur, deməsini eşitmisiniz? Xeyr deməyiblər".
Viktor Soğomonyan Nikol Paşinyanın bu fikrinə sərt şəkildə reaksiya verib.
"Birincisi, “Nikol Paşinyan belə bir imkanı olsa da, orduda xidmət etməyib. Buna imkanı olsa da, azadlıq mübarizəsində, döyüşlərdə iştirak etməyib. Paşinyanın ordu və onun döyüş qabiliyyətliliyi barədə tənqidlər etməsinə və ya ordunun bu və ya digər tarixi inkişaf mərhələsinə qiymət verməsinə dair haqqı olmadığına bu iki reallıq kifayətdir”.
İkincisi, Nikol Paşinyan ordu quruculuğunda hələ heç bir şey etməyib. Onu necə edəcəyi də hələ məlum deyil. Ancaq ordu quruculuğunda iştirak edənlərdən biri olan şəxsi tənqid etməyi özündə cürət tapır. Köçəryan Qarabağ müharibəsində müdafiə komitəsinin sədri olub", - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az