Ordu.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Qriqori Trofimçuk dekabrın 6-da Sankt Peterburqda keçiriləcək KTMT sammitini şərh edərkən bildirib.
Ekspertin fikrincə, əgər qarşıdakı sammitdə Ermənistan nümayəndəsi Baş katib təyin edilməsə, nəticələr parlament seçkilərinə mənfi təsir edəcək.

"Ermənistanda seçkiqabağı siyasi vəziyyət getdikcə gərginləşir. Paşinyanın siyasi rəqibləri hələ çox görünməmək taktikasını seçiblər. Həmin rəqiblər, ilk böhranın, xüsusilə etimad böhranının yetişməsini gözləyirlər. O zaman yeni rejimə qarşı əsl təsir başlayacaq. Seçkilər onun rəqiblərini yox, məhz Paşinyanı və onun tərəfdarlarını dalana dirəyir. Çünki nöqsanların nəticələrini artıq hər hansı korrupsionerin ayağına yazmaq mümkün olmayacaq. Postsovet məkanında belə nümunələr çox olub və indidən məlumdur ki, müsbət nəticələr olmayacaq", - deyə o qeyd edib.
Trofimçuk onu da əlavə edib ki, Nikol Paşinyanın tərəfdarlarının böyük bir qismi parlamentdə xüsusi strateji əhəmiyyət daşımayacaq.
"Lider olan siyasi qüvvənin şəxsi zəmanəti üçün kobud dillə desək, insanları yedizdirmək, tarifləri və qiymətləri dəyişmək lazımdır. Ancaq seçki qutularının altında, məlum olduğu kimi nə yemək, nə də ucuz qiymətə yanacaq yoxdur", - deyə rusiyalı ekspert Ermənistandakı mövcud siyasi vəziyyəti belə qiymətləndirib.
Xatırladaq ki, noyabrın 8-də KTMT-nin üzv ölkə rəhbərlərinin iştirakı ilə keçirilən Astana sammitində təşkilatın Baş katibini seçməyə nail ola bilməyiblər. Bundan başqa sammitdən sonra Belarus və Qazaxıstan prezidentləri çıxış edərək, təşkilatın Baş katibi vəzifəsinə belaruslu nümayəndənin seçiləcəyini bildiriblər. Paşinyan isə təşkilata 2020-ci ilin yanvar ayınadək Ermənistanın rəhbərlik etməli olduğunu bəyan edib. Bundan sonra Ermənistan və Belarus arasında diplomatik münasibətlər gərginləşib.
Alpər Mövludoğlu
Ordu.az