Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistanın Baş naziri vəzifəsini icra edən və "Mənim addımım" ittifaqının lideri Nikol Paşinyan Vanadzor meydanında sakinlərlə görüşərkən deyib.
Onun sözlərinə görə, Ermənistana silah tədarükü öz təbii axarında, planlaşdırılmış şəkildə davam edir.
"Az qalır desinlər ki, may ayından bu yana Ermənistana silah tədarük edilməyib, əsl məqamdır biz bu yandan, siz də o yandan hücum edin. Əvvəla mən, Erməni İnqilabi Federasiyasının üzvünü məyus etmək istəyirəm. Ermənistana silah tədarükü öz təbii axarında, planlaşdırılmış şəkildə davam edir. Lakin həm də demək istəyirəm ki, əgər danışmaq lazımdırsa gəlin may ayından əvvəl silah və texnika tədarükü ilə bağlı nə baş verdiyindən danışaq", - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az